Köhnə maşınlar bahalaşacaq?
Amma qiymətlərin artmayacağını proqnozlaşdıranlar da çoxdur
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Avtomobil suyun içərisindədirsə, …
Böyük xərcə düşmək istəməyən sürücülərə tövsiyələr
-
Gömrük Komitəsindən sərt qərar
«Avro-4»ə uyğun olmayan maşınlarla bağlı prosedurlar ağırlaşdırıldı
-
Gürcüstandan maşın gətirilməsi azalıb
5 ayda 121 milyon dollarlıq idxal olub
-
«Köhnə maşını ver, təzəsini apar»
Kampaniya nə vaxt başlayır?
-
Benzin bazarında nə baş verir?
Aİ-2 markalı yanacağın çatışmamasının səbəbi: ya istehsal dayanıb, ya da süni ...
-
Benzin qızıla dönüb...
...xəbəri yox Taarif Şurasının...
-
Avtosalonlarda «Avro-4» şoku
«Kohnə maşınlar bahalaşır, yenilərsə ucuzlaşır»
-
Bakıda «Avro-4» benzini
Aİ-98 markalı yanacaq 47 qəpik ucuzlaşıb
-
Kredit dayandırıldı
Banklar məlumatı təsdiqləsə də, ...
-
«Avro-4»ə keçidin vaxtı müəyyənləşdi
Bu standartlardan sonra ölkəyə gətirilən avtomobillərin siyahısı açıqlanıb
-
Bu da yeni Toyota Harrier
Avtomobil eksklüziv olaraq ...
-
Pagani Huayra özündən baha kuzovu...
... tamamilə karbondan hazırlanıb
Aprelin 1-dən ölkəyə gətirilməsinə qadağa qoyulan maşınların qiyməti artıq indidən bahalaşmağa başlayıb. Maşın bazarında apardığımız müşahidələr göstərdi ki, artım kəskin olmasa da, Avro-2 və Avro-3 standartlı maşınların qiymətində bahalaşma baş verib.
Bəzi satıcılar isə «Avro-2» və «Avro-3» standartına uyğun maşınların hələ aprelin birindən sonra bahalaşacağını deyirlər. Onların sözlərinə görə bu birbaşa «Avro-4»-ə uyğun gəlməyən maşınların idxalının qadağan olunması ilə bağlıdır.
Amma qiymətlərin artmayacağını proqnozlaşdıranlar da çoxdur. Onların isə özünə görə əsasları var.
Hələlik bəlli olan bir məsələ var ki, iki həftədir, xaricdən, xüsusilə Gürcüstandan Azərbaycana çoxlu sayda Avro-2 və Avro-3 standartında olan maşınlar gətirilib. Və bu atomobillər Avro-4 standartına cavab verən maşınlardan xeyli ucuzdur. Bu səbəbdən satıcılar köhnə maşınlara təlabatın artmasından qazanmaq istəyir. Buna görə də yaxın həftələrdə bazarlarda köhnə maşınların qiymətinin kifayət qədər qalxacağı gözlənilir. (anspress.com)