vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ENERGETİKA  
12:51 | 5 aprel 2014 | Şənbə Məqaləyə 2848 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Benzin bazarında nə baş verir?

Aİ-2 markalı yanacağın çatışmamasının səbəbi: ya istehsal dayanıb, ya da süni qıtlıqdır

Vüqar BAYRAMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də benzin qiymətlərinin artması ilə bağlıdır. Aİ-95 markalı benzinin hər litrinin qiymətinin 80 qəpikdən 93 qəpiyədək yüksəlməsi benzinin qiymətini yenidən diqqət mərkəzinə gətirib. Əslində, nələr baş verir?

Hələ bir neçə ay öncə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Aİ-95 markalı benzinin istehsalının bu il aprelin 1-dən dayandırılacağı ilə barədə açıqlama yayanda bu marka benzində qiymət artımlarının olacağını bildirmişdik. Bu isə tamamilə sadə səbəblərə söykənirdi: bu marka üzrə yerli istehsal dayandırılıb və artıq idxal qiymətini bazar müəyyənləşdirir. Bu isə Aİ-95 və Aİ-98 markalı benzinlərin idxal edilməsi onların qiymətinin Tarif  Şurası tərəfindən tənzimlənməməsi deməkdir. Bu benzinlərin qiyməti idxal xərcindən asılı olaraq müəyyənləşəcək. Artıq qiymət həmin məhsulların xərcinə uyğun olaraq müəyyənləşdiyi üçün burada rəqabətdən daha çox dünya bazarında neftin qiymətinin necə dəyişməsi əsas rol oynayacaq. Çünki praktiki olaraq, burada qiyməti rəqabət müəyyənləşdirməyəcək. Ona görə də pərakəndə satış qiymətlərində hansı sahibkarın onu gətirməsi ciddi rol oynamayacaq. Çünki burada mənfəət norması adətən marjinaldır. Sahibkarların manevr imkanları məhduddur. Aİ-95 və Aİ-98 markalı benzin bir mənbədən - Rumıniyadan idxal olunacaq.  Əgər dünya bazarında neftin qiymətində azalmalar olacaqsa, Aİ-95 və Aİ-98 markalı benzinlərin də qiyməti aşağı düşəcək. Aİ-92 markalı benzinin qiymətinin Tarif Şurası tərəfindən müəyyənləşdirilməsinə rəğmən, gələcəkdə dünya bazarında neftin qiymətində azalmalar olarsa, hətta Aİ-95 benzinin qiyməti Aİ-92 markalı benzinin qiymətindən aşağı düşə bilər. Çünki Aİ-92 markalı benzinin dünya bazarındakı qiymət artımları ilə hansısa əlaqəsi yoxdur. Odur ki, gələcəkdə Aİ-95 və Aİ-98 növ benzinlərin qiymətində artımlar da, azalmalar da ola bilər. Amma Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda dünya bazarına neftin qiymətində artımlar baş verərsə o zaman idxal olunan benzinlərinin qiymətində yeni yüksəlişlərin olması qaçılmazdır.

Digər tərəfdən, aprelin 1-dək təklif edilən və Azərbaycanca istehsal edilən Aİ-95 markalı benzin «Avro-2» standartlarına uyğun idisə indi idxal edilən Aİ-95 Premium benzini «Avro-4» standartları ilə istehsal edilir. Bu baxımdan da, hətta Aİ-92 markalı benzin ilə Aİ-95 Premium markalı benzinlər arasında qiymət fərqi olsa da belə daha keyfiyyətli benzin almaq istəyənlər idxal məhsuluna üstünlük verə bilərlər. Qeyd edək ki, Aİ-92 markalı benzin hal-hazırda «Avro-2» standartlarına uyğun istehsal edilir, o yalnız ilin sonunda «Avro-3» standartına uyğunlaşdırılacaq. Yerli istehsalda «Avro-4» standartlarına isə 2015-ci ildə nail olmaq mümkün olacaq.

Bununla yanaşı, son günlər bəzi yanacaqdoldurma məntəqələrində yeni markalı benzinin satışa çıxarılması ilə Aİ-92 markalı benzinin qıtlığı yaranıb. Yanacaqdoldurma məntəqələri bunu sözügedən istehsalın azalması ilə əlaqələndirirlər. Amma hazırda bəzi yanacaqdoldurma məntəqələrində yaşanan Aİ-92 markalı benzin böhranının heç bir iqtisadi əsası yoxdur.  Aydındır ki, bu süni şəkildə yaradılan problemdir. Yəni, yanacaqdoldurma məntəqələrində süni böhran yaratmaqla əlavə gəlir əldə etmək istəyirlər. Neft ölkəsi olan Azərbaycanın Aİ-92 markalı benzinin istehsalından imtina etməsi və kəskin azaltması qeyri-mümkündür. Ölkə bazarının təxminən 90 faizi 92 oktanlı benzin təşkil edir. Eyni zamanda, ölkədə istehlak edilən 1.3 milyon ton benzinin  də məhz böyük əksəriyyəti Aİ-92 markalı benzinin payına düşür.

Başqa tərəfdən, Aİ-95 markalı benzinin qiymətindəki artımlar heç də Aİ-92 markalı benzinin qiymətinin yüksəlməsi üçün heç bir zəmin yaratmır. Dövlət Neft Şirkətinin Aİ-92 markalı benzin standartını ilin sonunadək hələ Avro 2 çərçivəsində saxlaması 2014-cü ildə bu benzində hər hansı xərc dəyişikliyinin yaranmasına imkan vermir. Bu isə o deməkdir ki, heç bir halda bu il Aİ-92 markalı benzinin qiymətində artımlar üçün iqtisadi zəmin yoxdur. Tarif Şurası 2014-cü ildə sözügedən benzinin qiymətinə yenidən baxması üçün iqtisadi əsasları yoxdur. Əslində, ARDNŞ-in Aİ-95 markalı benzinin istehsalını 2014-cü ildə davam etdirməsi daha məqsədəuyğun idi. Çünki, Aİ-95 markalı benzin idxalına keçid və eləcə də bu benzində müşahidə edilən qiymət artımlara istehlak bazarına psixoloji təsir göstərir.