vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SOSİAL  
21:23 | 9 aprel 2014 | Çərşənbə Məqaləyə 3514 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Köhnə maşını ver, təzəsini apar»

Kampaniya nə vaxt başlayır?

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda «Avro-4» standartına keçidlə əlaqədar olaraq ölkədə istismar olunan köhnə avtomobillərin məhv edilməsi, onların sahiblərinin isə yerli istehsal olan yeni avtomobillərlə təmin olunması imkanlarını nəzərdən keçirilir.

Bu barədə «Space TV»yə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hələlik «Avro-4» standartları yalnız ölkəyə gətirilən avtomobillərə aiddir. Azərbaycanda hazırda istismarda olan avtomobillərə isə bu şamil olunmayacaq: «Səbəbi odur ki, hazırda ölkədə, xüsusilə də əyalətlərdə  20-30 ilin avtomobillərindən istifadə olunur. Bəzən bundan sadəcə təsərrüfatı məqsədləri üçün, hətta odun daşımaq üçün  istifadə edirlər. Biz onlara qadağa qoymaqla onların sosial rifahlarına təsir edə və müəyyən çətinliklər yarada bilərik».

Amma gələcəkdə qonşu ölkələrdə olduğu kimi Azərbaycanda da köhnə avtomobillərin məhv edilməsi təcrübəsi tətbiq oluna bilər: «Qeyd edək ki, bir sıra ölkələrdə belə avtomobilləri dövriyyədən çıxarmaq üçün dövlət tərəfindən müxtəlif proqramlar reallaşdırılır. Hətta müxtəlif kompensasiyalar verilir. Yəqin ki, gələcəkdə bizdə də bu məsələlər nəzərdən keçiriləcək».

Bəzi ölkələr bu prosesdən yerli avtomobil istehsalını artırmaq üçün istifadə ediblər: «Məsələn, Rusiyada yerli istehsal olduğuna görə, onlar bu prosesdən həm də yerli avtomobillərin satışının artırılması üçün istifadə ediblər. orada kompensasiya o şərtlə verilirdi ki, həmin pul yerli istehsal olunan avtomobil alınsın».

Xarici təcrübəyə uyğun olaraq Azərbaycanda da məhv edilən avtomobillərin sahiblərinə kompensasiya verilər və ya yeni avtomobil almaq üçün imkanlar yaradıla bilər: «Bu təkcə bizim komitənin səlahiyyətində deyil - kompleks şəkildə həll olunmalıdır. Və burada vəziyyət müxtəlif dövlət qurumlarının hazırladığı təkliflərdən asılı olacaq. Onu demək istəyirəm ki, hazırda bununla bağlı müzakirələr aparılır və gələcəkdə yəqin ki, bu məsələyə toxunacağıq».

Qeyd edək ki, hazırda ölkədə istismar müddəti başa çatmış bir neçə yüz min avtomobil istifadə olunur. Rəsmi rəqəmlərə əsasən də, ölkənin ümumu avtomobil parkı 1 245 min avtomobil təşkil etdiyi halda, icbari sığorta müqavilələri bağlanmış avtomobillərin sayı 700 mindən də azdır. Bu rəqəmlərdəki fərqin əsas səbəbi də məhz regionlarda, xüsusilə də ucqar ərazilərdə istifadə olunan avtomobillərin və ya ümumiyyətlə istifadə olunmayan avtomobillərdir.