
Gürcüstan müxalifətinin batan səsi
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
GMİ şeyxi nələri etiraf etdi?
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
... Yaxud Gürcüstanın narahatlığı yersizdir
Bakı-Tiflis arasında ticarət dövriyyəsinin potensialı böyükdür
Azərbaycan Gürcüstanın enerji təhülkəsizliyinə qarantdır
Hökumətin son bəyanatları Avro-Atlantik üzvlük hədəfindən “yayınmaq niyyəti” güdə bilər
Avropa Komissiyası Gürcüstana əlavə vaxt verir
2014-cü ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 121,7 milyon dollar dəyərində 10,93 min minik avtomobili ixrac olunub. Bu barədə «Trend»ə Gürcüstan Milli Statistika Xidmətindən bildiriblər. Xidmətin məlumatına görə, qeyd edilən dövrdə bu sahənin xüsusi çəkisi Gürcüstandan Azərbaycana ümumi ixracın həcminin 50,62 faizini təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 20,15 faiz, say nisbətində isə 4,93 min ədəd azalıb. Müqayisə üçün bildirək ki, 2013-cü ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 152,41 milyon dollar həcmində 15,86 min avtomobil ixrac edilib.
Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə cari ilin aprel ayının 1-dən başladığı «Avro-4» ekoloji standartına keçidi ilə izah edilir. «Avro-4»ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır.
Hesabat dövründə Gürcüstandan Azərbaycana 8,84 milyon dollar dəyərində 1,32 min yük avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən cüzi aşağıdır. Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 9,65 milyon dollar dəyərində 1,4 min yük maşını idxal edilib.
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac edilmiş malların ümumi dəyəri 240,42 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixracat 10,38 faiz azalıb.
Müqayisə üçün, ötən ilin ilk 5 ayında Azərbaycana 268,26 milyon dollar dəyərində Gürcüstan malı ixrac edilib. Avtomobillər Gürcüstana xaricdən gətirilir.