
Narahatlıq və xəstəlik mənbəyi
Səsləndirilən yüksək diapazonlu musiqilər ətrafda yaşayanlar üçün ciddi problemlər yaradır
Səsləndirilən yüksək diapazonlu musiqilər ətrafda yaşayanlar üçün ciddi problemlər yaradır
Yanacaqdoldurma məntəqələrində nöqsanlar var...
«Heç nə itmir, heç nə məhv olmur, bir şəkildən başqa bir şəklə düşür»
Vahid məktəbli geyimdə Azərbaycanın dövlət rəmzlərinin yerinə istehsalçının emblemi olması gülüncdür
Məşhur restoranın qidalarında bağırsaq çöpləri tapılıb
Süd məhsulları ilə bağlı tələblərin pozulması aşkar olunduqda ciddi tədbirlər görüləcək
Komitə toyuq məhsullarına veriləcək sertifikat müraciətlərinə baxır
Boreyler məhsullarını kənd istehsalına «çevirən» texnologiya «icad olunub»
«Həmin standartlar hazırda MDB ölkələrində tətbiq edilir»
QMİ bəyanat yayaraq komitəni suçladı; Ramiz Həsənovsa geri çəkiir
Kampaniya nə vaxt başlayır?
«Məqsədimiz istehlakçı hüquqlarını qorumaqdır»
Saatların əqrəbləri 1 saat irəli çəkildi
Qafqaz Müsəlmanları İdarəsi Ramiz Həsənova cavab verdi
«Bizdən bu standartı alan müəssisə olmayıb»
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamalar aparıb
«Komitəyə indiyə qədər qara çörələrlə bağlı hər hansı şikayət daxil olmayıb». BunuModern.az-a Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qara çörəklərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirərkən deyib.
Marketlərdə aparılan müşahidələr onu deməyə əsas verir ki, xaicdən gətirilən qara çörəklərin saxlanma müddəti yerli istehsal olan qara çörəklərin saxlanma müddətindən çoxdur. Komitə rəsmisi bu məsələyə də aydınlıq gətirib: «Bu, texnologiya ilə bağlıdır. Yəni texnologiya imkan verir ki, həmin çörəklərin tərkibinə müxtəlif qatqılar əlavə etməklə saxlanma müddəti artırılsın. Xaricdən gətirilən qara çörəklər alman texnologiyası əsasında hazırlandığından onların saxlanma müddəti çoxdur».
«İdxal olunan qara çörəklər yerli istehsal olan çörəklərdən niyə bahadır» sualına cavab olaraq F.Talıblı bildirib ki, qiyməti bazar tənzimləyir və bu komitənin səlahiyyətində olan bir şey deyil.
Zaman-zaman insanlar arasında belə fikirlər yaranır ki, qara çörəyin tərkibinə kofe qataraq o rəngi əldə edirlər. Komitə rəsmisi bununla qətiyyən razılaşmır: «Bunlar hamısı fərziyyədir. Həmin çörəklərin tərkibinə Səhiyyə Nazirliyi tərəfindən icazə verilən qida əlavələri vurulur. Bunlardan başqa hər hansı bir qatqının ora qatılmasına yol verilmir. Əgər vətəndaşlar hansısa nöqsanla qarşılaşıblarsa, bizə müraciət edə bilərlər».