vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 18 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SAHİBKARLIQ  
«Kolbasalar halal deyil» 17:29 | 24 yanvar 2014 | Cümə Məqaləyə 3397 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kolbasalar halal deyil»

«Bizdən bu standartı alan müəssisə olmayıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda halal standartına cavab verən kolbasa və sosis istehsal edən müəssisə yoxdur. «APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, Komitə 2012-ci ildə bununla bağlı müvafiq standart qəbul edib: «Lakin bu günə qədər bizdən halal standart alan bir dənə də olsun müəssisə olmayıb».
R.Həsənovun dediklərinə görə, baxmayaraq ki, bu gün bir çox şirkət istehsal etdiyi kolbasa və sosislərin üzərində «halal» sözü yazır. Bu standart deyil, bu bir brend kimi buraxılır. Biz də onlara məsləhət görürük ki, belə etməsinlər və istehsal etdikləri ət məhsullarının üzərinə halal sözü yazmasınlar. Çünki bu məhsullar halal deyil».