vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
10:42 | 22 yanvar 2014 | Çərşənbə Məqaləyə 3170 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kredit dayandırıldı

Banklar məlumatı təsdiqləsə də, ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Banklara geri ödənməyən kreditlərin həcmi 800 milyon manatı keçdikdən sonra kredit bazarında radikal addımlar atılır. Bu dəfə də avtomobil kreditlərinə qadağa qoyuldu. Əlaqə saxladığımız bir neçə bank məlumatı təsdiqləsə də, bu barədə müsahibə verməkdən çəkindilər. Vəziyyəti maşın satışı ilə məşğul olan şəxslər də təsdiqlədilər. Kreditlə satış dayandırıldığından bu ay alıcı, demək olar ki, olmayıb.

Xezerxeber.com xəbər verir ki, ekspertlər hesab edirlər ki, maşın satışında kreditin ləğv olunması insanların avtomobilə əlçatanlığını azaldacaq.
Nəzərə alsaq ki, kreditlə satılan maşınların əksəriyyəti sığorta olunur, vəziyyət sığorta bazarına da mənfi təsir göstərəcək.
Ancaq ekspertlər avtomobil kreditlərinin dayandırılmasını təkcə problemli kreditlərlə əlaqələndirmirlər.
İqtisadçılar hesab edir ki, vəziyyət yaxın vaxtlarda maşın bazarında ucuzlaşmaya səbəb olacaq.