“Bu şüşəni açmaq vaxtıdır!”
Corc Dik Tel-Əvivdə səfirlik açılması qərarına reaksiya
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bakının çəkisini artıran 4 amil
Təl-Əvivin Azərbaycana ən müasir silahların ixracı üçün zəmin
-
İstaillə hərbi əməkdaşlıq
-
Azərbaycan-İsrail dostluğu
Dövlət maraqları və əsrlərin sınağı - I yazı
-
“Yəhudilər Azərbaycan məsələsində yekdildir”
İsrailin vitse-spikeri: “İkinci bir dövlət yoxdur ki, etibarlı və səmimi müttəfiq kimi qəbul edək”
İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın İsraildə səfirlik açmasına münasibət bildirib. C.Dik "Twitter" hesabında yazır: “Bu şüşəni açmaq vaxtıdır! Bu gün Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qanunu qəbul edib”.
Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.