«Elnur Aslanov Türkiyəyə gedəndə dedim ki...»
«Bunu eyniləşdirmək olmaz»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezidentin tapşırıqları fəaliyyətin əsasını təşkil edəcək
Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
-
Vətəndaşları narahat edən hansı məsələ varsa...
Hər kəs 1111 nömrəsinə zəng edə və Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə gələ bilər
-
… Biz kimik və nə istəyirik?
Köhnəlməyən soru …
-
Fatma Abdullazadə haqda şok iddia
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
-
«Həqiqəti əks etdirmir»
Baş Prokurorluq Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması xəbərini təkzib etdi
-
Məmurların məşhər günü
Prezidentin icra başçılarına verdiyi vaxt bu gün bitdi, işdən çıxarılan üç nəfərin siyahısına kimlər əlavə olunacaq?
-
Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi ləğv edildi
«Dövlət xidməti haqqında» qanundakı dəyişlkliklər qəbul olundu
-
«Bir də mənə zəng etməyin»
PA-nın sabiq şöbə müdiri Fatma Abdullazadə: «Danışmağa heç bir sözüm yoxdur»
-
Gender siyasətinə göz dəydi?
İcra başçılarının xanım müavinləri yola salınır
-
Sayt redaktoru həbs olundu
Sabir Rüstəmxanlının bacısı oğlu deputatın oğlunu şantaj edirmiş
-
Daha üç iri fiqur...
PA islahatları NK və BŞİH-ə də keçəcək; prezident seçki ilində daha çevik komanda ilə işləmək və prosesi yubadanları uzaqlaşdırmaqla davam edəcək
-
«Qazanan Azərbaycan gəncliyi olacaq»
Yusuf Məmmədəliyev: «İslahatlarla xarakterizə olunan mühüm mərhələ yaşayırıq»
-
24 illik dəftər qapandı?
Fatma Abdullazadənin müavini də vəzifədən azad edilib
-
Məşhur akademikin nəvəsinə yuksək vəzifə verildi
Yusuf Məmmədəliyev Birinci vitse-prezidentin köməkçisi təyin edildi
-
«Dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi daşıyır»
Prezidentin köməkçisi Administrasiyadakı son struktur dəyişikliyini şərh etdi
-
Administrasiya dəyişikliklərində uduzanlar
Məhərrəm Əliyev yanaşı bir neçə də vəzifəsiz qaldı
“Mən uzun illər nurçuluğun Azərbaycanda yayılmasının əleyhinə olmuşam. Buna görə də onlar tərəfindən mənə qarşı zaman-zaman kampaniya aparılıb”. Bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı publika.az-a açıqlamasında deyib.
Millət vəkili qeyd edib ki, nurçuların şəbəkəsinə bağlı olan məktəblərin hamısını ləkələmək olmaz: «Onların aralarında müsbətləri də var. Lakin məni nə nurçulara yaxın, nə də onların düşməni kimi təqdim etmək doğru olmaz. Nurçulara düşmən kimi baxmıram. Sadəcə olaraq, bu prosesin və buna bənzər kənardan bizə tətbiq edilən dini təmayüllərin - vəhhabilikdən başlamış nurçuluğa qədər, yaxud xristian dünyasından gələn müxtəlif dini təriqətlərin - zərərli meyllərindən Azərbaycanı qorumaq istəyirəm. Məqsədim bu olub. Mübarizə apardıqlarımın içində də nurçuluq ön planda olub».
S. Rüstəmxanlı bildirib ki, adı nurçuluqda hallanan Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov tərəfindən ona qarşı aparılan kampaniyanın səbəblərindən biri də onun nurçuluğa qarşı tutduğu mövqeyi olub. Onun sözlərinə görə, burda başqa motivlər də ola bilərdi, amma şübhəsiz, bunun da təsirləri var idi.
Millət vəkili maraqlı bir faktı da açıqlayıb: «İki il öncə Elnur Aslanovun başçılıq etdiyi heyət Xocalı soyqırımı ilə bağlı Türkiyədə mitinqə hazırlıq görürdü. Bu iş onlara tapşırılmışdı. Mən gördüm ki, onlar bu işi Türkiyədə dini kəsim və nurçuların köməyi ilə edirlər. İş o yerə gəldi ki, asılan böyük plakatlarda Xocalı ilə yanaşı, Suriyadakı Hums hadisələrinə qarşı da şüarlar yer alıb. Yəni Suriyadakı daxili savaşla Xocalı eyniləşdirilmişdi. Mən o vaxt burdan gedənlərə, Elnur Aslanova və həmkarımız, dostumuz Ceyhun Osmanlıya dedim ki, Xocalının Suriyanın daxili savaşına nə aidiyyəti var? Bunu eyniləşdirmək olmaz. Dedilər ki, burdakı həmkarlarımız belə məsləhət gördülər. Mən buna etiraz etdim. Hətta mətbuat konfransında arxadakı plakatı götürdüm ki, bu yanaşma ilə özümüzə böhtan atırıq. Xocalı Azərbaycanın daxili savaşı deyil, bunu ermənilər törədiblər. Onlarda belə yanaşmalar var idi, hətta Azərbaycanın Xocalı kimi faciəsinin dünya çatdırılmasında da müəyyən arzuolunmaz neqativ hallar ortaya çıxardırdılar».
S. Rüstəmxanlı qeyd edib ki, o bunları deyərkən kiminsə ürəyində özünə qarşı mənfi rəy yaranacağını düşünməyib: «Məqsədim doğruluq olub. Onların ürəyində bunlar qalıb ya yox, bunu deyə bilmərəm. Onu deyə bilərəm ki, bu adamlar heç bir əsası olmadan milli mənafelərə, milli dəyərlərə söykənən, milli xətti müdafiə edən adamları hədəf seçirlər. Şübhəsiz, mən də onlardan biriyəm. Ona görə də onlara layiq olduqları səviyyədə cavab vermişəm».
Qeyd edək ki, seçkidən əvvəl E.Aslanovun himayəsində olan media orqanlarında S.Rüstəmxanlı haqqında mütəmadi olaraq neqativ materiallar yayımlanırdı. Daha sonra «Qanun» nəşriyyatı ilə bağlı yaranmış problemdə «bunun arxasında Elnur Aslanov dayanır» açıqlamaları da maraq doğururdu.