
Həddindən artıq istilər vaxtından əvvəl doğuşa səbəb olur
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Gecə növbəsində işləyən qadınlar risk altındadır
Hamilə qadın küçənin ortasında uşaq dünyaya gətirdi
Berlində qadın qətlləri artmaqdadır
Süni intellektin zərif cinsin nümayəndələrinin işini ələ keçirməsi riski kişilərdən üç dəfə yüksəkdir
“Sənin yerin mətbəxdədir” sözlərinə görə üzərinə benzin töküb
18 milyonluq Avropa ölkəsində 1878 nəfər canına qıyıb
Avtomobil sürərkən üzünüzü örtə bilməzsiniz
Qadınların daha uzun ömürlü olması statistikaya təsir edir
Yaşlı qadın cərimədən necə yayındı?
Yaxşı işıqlandırılan, bol kameralı və çıxışa yaxın yerlərdə
Türk əsilli futbolçudan alman ifrat sağçılarına zərbə
Dünyanın ən uzun dilli qadını
11 yaşlı qız səhvən psixiatriya xəstəxanasına yerləşdirib ağır dərmanlar veriblər
“Bax gör, bu, Sən yazdığındır, ya sonradan kimsə dəyişib?”
Almaniya qadınlara qarşı zorakılıqla mübarizə üçün yeni cəza tətbiq edəcək
Azərbaycanda rayon və şəhər icra hakimiyyətlərinə xanım müavinlərin təyinatına təxminən 2013-cü ildən başlanıldı. O zaman Prezident Administrasiyası hər bir rayon və şəhərdə icra başçısının müavinlərindən birinin qadın olması ilə bağlı göstəriş vermişdi. Həmin göstəriş qısa zamanda demək olar ki, bütün ölkəboyu icra olundu. Bu, yerlərdə də müsbət qarşılanan hadisəyə çevrildi.
Amma son vaxtlar bəzi rayonlarda icra başçılarının xanım müavinlərinin vəzifədən uzaqlaşdırlması halları gerçəkləşməyə başlayıb.
Bu gün media Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərovanın vəzifəsindən azad olunduğu barədə məlumat yayıb. Və xəbər rəsmən təsdiqlənib.
Modern.az-a məlum olub ki, bir müddət öncə Bakının Sabunçu rayon İcra Hakimiyyətində də anoloji addım atılıb. Belə ki, icra başçısının xanım müavini Arzu Məmmədova tutduğu vəzifədən azad edilib.
Sabunçu rayon İcra Hakimiyyətindən xəbəri Modern.az-a təsdiqləyiblər. Bildirilib ki, hələ ki keçmiş xanım müavininin yerinə təyinat yoxdur.
«Arzu Məmmədova hazırda Gənclər və İdman Nazirliyində yeni vəzifədə çalışır. Onun yerinə təyinat yoxdur. Yaxın vaxtlarda yeni təyinatla bağlı məlumat veriləcək».
Kəlbəcər rayon İcra Hakimiyyətinin saytındakı məlumatlarda da xanım müavinin adına rast gəlmədik. Məlum oldu ki, bu qurumda edilən kadr dyişiklikləri nəticəsində icra başçısının xanım müavinini kişi müavin əvəzləyib.
Abşeron rayon İcra Hakimiyyətində də xanım müavin yoxdur. Doğrudur, bu rayonda icra başçısının özü qadındır. İcra başçısı İradə Gülməmmədova əvvəllər ictimai-siyasi və humanitar məsələlər üzrə müavin postunu tutub. O, icra baçısı təyin olunandan sonra xanım müavin götürməyib. Hazırda Abşeron rayon İcra Hakimiyyətində bütün müavinlər kişidir.
Xanım müavinlərin yola salınma hallarının digər bəzi rayonlarda da olduğu deyilir. Araşdırmamız davam edəcək...