vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
18:31 | 1 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1173 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ukrayna federallaşmayacaq...»

Kiyevdən Moskvaya sərt cavab

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın xarici işlər naziri Daniil Lubkivskiy bəyan edib ki, ölkə federallaşmağa getməyəcək, ancaq yerli özünü idarə islahatları həyata keçirəcək.

Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi məlumata görə, XİN rəhbəri «Biz federallaşmağa «yox», yerli özünüidarə reformalarına isə «hə» deyirik. Bu, yerli hakimiyyət orqanlarına və vətəndaşlara daha böyük imkan və səlahiyyət verər» söyləyib.

Xatırladaq ki, ötən bazar Parisdə ABŞ dövlət katibi Con Kerri ilə görüşdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın federallaşmasının vacib, hətta Kremllə münasibətlərin normallaşması baxımından şərt olduğunu bildirib.

Lavrovun açıqlamasına onun ukraynalı həmkarının cavabı isə sərt olub: «Cənab Lavrov, heç bir ölkə, heç bir xalq xoşlamır ki, kimsə ona ağıl öyrətsin, necə yaşamağı və nə etmək lazım olduğunu göstərsin. Ukraynada necə yaşamağa yalnız Ukrayna xalqı qərar verə bilər».

Bundan əlavə, Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov da az öncə Ukraynanın federallaşması üçün əsas olmadığını bəyan edib, «Ukrayna unitar dövlətdir» deyib.