ABŞ səfiri Cahangir Əsgərovu təriflədi
Morninqstar AZAL-da olub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AZAL Kiyevə uçuşları ləğv edib
Rəsmilər qərarın bu gün üçün nəzərdə tutulduğunu deyir
-
Milyard dollarlıq müqavilə ləğv olunur
Bakıdan Nyu-Yorka birbaşa uçuşlar dayandırılır
-
AZAL qiymətləri endirdi
Fevralın sonuna kimi ...
-
İgid pilotun “Əbədiyyətə uçuş”u
Milli Qəhrəman Viktor Seryoginin anım günündə ona həsr edilmiş sənədli film təqdim olundu
-
“Yəhudilər Azərbaycan məsələsində yekdildir”
İsrailin vitse-spikeri: “İkinci bir dövlət yoxdur ki, etibarlı və səmimi müttəfiq kimi qəbul edək”
-
«Təyyarə biletləri bir az da ucuzlaşacaq»
Nazir: «Atılan addımlar davam etdiriləcək»
-
«British Airways»ın simicliyi
İstənilən halda sərnişinlərə cavabdeh aviaşirkətdir
-
«Kapitan icazə vermədi»
Bakı aeroportu ac sərnişinlərə görə məsuliyyəti britaniyalıların üzərinə qoydu
-
AZAL-ın işçiləri ingilis dilini bilmir?!
Bakı aeroportunda Hindistan dövlət bankının eks-sədrinin başına gələnlər
-
Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görüldü
Hava limanı 11 ayda 3,75 milyon sərnişinə xidmət göstərib
-
«Yaxşı divanı, yatağı var, TV-ni də bir az böyük qoysaq...»
Cahangir Əsgərov «Sukhoi Superjet»i bəyəndi, amma «Boeing» aldı
-
AZAL-la «Boeing» arasında saziş imzalandı
«Azərbaycan Hava Yolları» beş «B787-8 Dreamliner», iki «B747-8F» təyyarəsinin alınması barədə razılığa gəlib
-
AZAL daha 6 təyyarə alır
4 «Boeing 787 Dreamliner» və 2 «Boeing 747-8 F» ...
-
Kiyevdə başıma gələnlər...
«Baxil 3 qrivindir, amma xalaya bir az peraşki pulu da versəz sevinərəm»
-
Azərbaycandan xaricə 29 avroya uçuş
Ehtiyac yaranarsa baqaj üçün əlavə 20 avro ödənəcək
-
«Münasibətlərimiz hərtərəfli inkişaf edir»
Səfir Elin Süleymanov Azərbaycanın ABŞ-dan aldığı təyyarələr haqda
«Azərbaycan Hava Yolları - AZAL» Qapalı Səhmdar Cəmiyyətində (QSC) ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüş keçirilib.
Bu barədə məlumatı görüşdə QSC-nin prezidenti Cahangir Əsgərov verib.
Görüşdə Azərbaycana ABŞ-a birbaşa uçuşların həyata keçirilməsinə imkan yaradan «1-ci dərəcə» statusunun verilməsindən sonra qarşıda duran son prosedurlar müzakirə olunub.
C.Əsgərov ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ölkəmizdə aviasiya təhlükəsizliyi sahəsində aparılan auditin nəticəsinə əsasən, Azərbaycana «1-ci dərəcə» statusunun verilməsini yüksək qiymətləndirib.
QSC-nin prezidenti bildirib ki, Birləşmiş Ştatlara həyata keçiriləcək uçuşlar prezident İlham Əliyev tərəfindən milli aviasiyamıza göstərilən diqqətin təsdiqidir və ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə şərait yaradacaq. «Hazırda qarşıda müəyyən prosedurlar var. Bu prosedurlar da yekunlaşdıqdan sonra Azərbaycanın aviasiya şirkətləri ABŞ-a birbaşa uçuşlara başlayacaq. Bugünkü görüş də bu məsələlərin müzakirəsi baxımından önəm daşıyır».
R.Morninqstar Azərbaycanın aviasiya şirkətlərinə Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirilməsinə icazə verən «1-ci dərəcə» statusunun əldə edilməsi münasibətilə təbriklərini çatdırıb.
Onun sözlərinə görə, bu statusun əldə edilməsi uzun prosesdir. «Biz artıq bu yolun böyük hissəsini səbir və inamla keçmişik. Ümidvaram ki, ABŞ-a birbaşa uçuşların reallaşdırılması ilin sonunadək mümkün olacaq. Bundan əlavə, müasir təyyarələrə malik AZAL-ın xidmət səviyyəsinin də yüksək olduğunu bildirməliyəm. Biz AZAL-ın ABŞ-a uçuşlarını səbirsizliklə gözləyirik».
Ötən ilin əvvəlində hazırlıq səviyyəsinin tələblərə tam uyğunluğuna əmin olduqdan sonra FAA-nın müfəttişləri Azərbaycana dəvət ediliblər. 2013-cü ilin oktyabrından 2014-cü ilin yanvarınadək keçirilmiş iki auditin nəticəsində, müfəttişlər Azərbaycanda aviasiya sahəsində uçuşların təşkilinin və təhlükəsizliyinə nəzarətin səviyyəsinin «1-ci dərəcə»yə uyğunluğu barədə müsbət rəy veriblər. Bu il martın 7-də isə ABŞ Dövlət Departamenti Azərbaycan Respublikasının aviasiya sahəsində uçuşların təşkilinə nəzarətin və təhlükəsizliyin səviyyəsinin «1-ci dərəcə» üzrə qiymətləndirilməsini rəsmən təsdiqlənib. Beləliklə də, Azərbaycanın aviaşirkəti ABŞ aeroportlarına müntəzəm hava əlaqəsi yaratmaq hüququ əldə edib.