vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ASİYA  
14:03 | 1 dekabr 2022 | Cümə axşamı Məqaləyə 565 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aksiya öndəri yoxa çıxıb

Vanq yerdə sürükləndikdən sonra “toz” olub ...

XALİDƏ

Son günlər Çində davam edən etiraz aksiyalarına rəhbərlik edən adlardan birinin taleyi ölkədə mübahisələr yaradır. Kommunist rejiminin devrilməsi üçün şüarlar səsləndirən “Vanq” adlı etirazçının bir neçə gün əvvəl polis tərəfindən sürükləndikdən sonra yoxa çıxması narahatlıq yaradıb.

Sosial mediada yayılan videoda 27 yaşlı Vanqın bazar günü işlədiyi barda yerdə süründürülməsi və polis tərəfindən saxlanılması əks olunub. Bu gənc keçən həftə etirazların önündə olub, nümayişlərə rəhbərlik edib.

Vanqın ailəsi Britaniya “The Teleqraf” qəzetinə oğlundan xəbər almadıqları üçün ona görə çox qorxduqlarını bildiriblər. Sosial mediada bir çox insan Vanqdan günlərlə xəbər alınmadığı üçün böyük narahatlığını ifadə etdi.