Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:46 | 1 dekabr 2022 | Cümə axşamı
Məqaləyə 1223 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Son illərin ən böyük hökumət əleyhinə etirazlarına səhnə olan Çində başlayan aksiyalardan sonra ölkə rəhbərliyi böyük reaksiyaya səbəb olan “Sıfır COVİD” siyasətində geri addım atmağa başladı.
Aylardır davam edən COVİD qadağalarına qarşı başlayan etiraz hərəkatı da dünya gündəminin başında idi. Bu yaxınlarda yoluxma sayının rekord qırdıqdan sonra hökumət yenidən çox sərt qadağalar tətbiq etdi. Amma Sincanda bir binada baş verən yanğında 10 nəfərin həyatını itirməsindən sonra ölkədə nadir hallarda görülən böyük etiraz dalğası ilə üzləşdi.
Prezident Si Tsinping vəzifəyə gəldikdən bəri 10 il ərzində ən böyük miqyaslı etirazlarüzləşən Çin administrasiyası “Sıfır COVİD” siyasətində geri addım atmağa qərar verdi. Çin Baş nazirinin müavini Sun Çunlan “Omicron” ştammının daha az yoluxucu olduğunu bildirib və ölkənin “COVİD-19”la mübarizədə yeni mərhələyə qədəm qoyduğunu bildirib. Sağlamlıq rəsmiləri ilə keçirdiyi görüşdə Sun, peyvənd səyləri sayəsində koronavirusla mübarizədə əhəmiyyətli irəliləyiş əldə etdiklərini söylədi.
Bir çox məmurların dünənki çıxışlarında bu günə qədər danışdıqlarında “Sıfır COVİD”i kəlməsini tələffüz etməmələri diqqət çəkib.
Bu arada, Çinin maliyyə mərkəzi Şanxay da daxil olmaqla, bir çox yerdə yoluxma sayına baxmayaraq, sərt karantin tətbiqinin qaldırıldığı və ya yumşaldıldığı xəbəri də mətbuatda öz əksini tapdı.
Çində dünən 36 061 yeni yoluxma aşkarlanıb. Digər tərəfdən, dövlət mətbuatında sərt ritorikanın daha mötədil ifadələrlə əvəzlənməsi bir çoxları tərəfindən “Hakimiyyət etirazlara qulaq asdı” kimi şərh edilib.