«Heç vaxt Putinə müraciət etməmişəm»
«Kim SSRİ-nin dağıdılmasından qəmlənmirsə ürəyi, bərpasını fikirləşirsə ağlı yoxdur»
Emil SALAMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Rusiyanın Krımı öz tərkibinə qatmasından sonra Azərbaycan Kommunist Partiyası (AKP) adından ajiotaj doğuran bir müraciət yayıldı. Həmin müraciətdə AKP rəhbərliyinin Rusiya prezidenti Vladimir Putindən SSRİ-nin bərpasını istənilirdi.
Günlərdir mətbuatda müzakirə olunan bu məsələyə hüquqşünaslar sərt rəy verib, hüquq-mühafizə orqanlarının AKP-nin təftiş etməsinin labüdlüyü vurğulamışdılar, ADP tərəfindən isə bu təşkilatın fəaliyyətinə xitam verilməsi hökumətdən tələb olunurdu. Bu qaranlıq qalan suallara AKP sədri Rauf Qurbanov «Yeni Müsavat»da cavab verib. Müsahibəni təqdim edirik:
- Rauf müəllim, Azərbaycan Kommunist Partiyasının rəhbərliyi ilə bağlı bir qeyri-müəyyənlik var. Telman Nurullayev 1-ci katib kimi təqdim olunur, sizin sədrliyiniz qeyri-legitim sayılır. Partiyada nə baş verir?
- Azərbaycan Kommunist Partiyası 1994-cü ildə təsis olunub və Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. O dövrdə Ramiz Əhmədov partiya rəhbəri idi, mənsə Şəmkir komitəsinin, daha sonra Gəncə komitəsinin 1-ci katib olmuşam.
Bu zaman partiyada Firudin Həsənov, Telman Nurullayev, Rəhim Həsənov, Aleks Sarçinko və bir neçə nəfər qanunsuz olaraq rəhbərliyi ələ keçirmək istədi. Təxminən 50-60 nəfər toplaşıb qurultay keçirib, Firudin Həsənovu sədr seçmişdilər.
Biz bu məsələdən xəbər tutduq və Mərkəz Komitənin qərarı ilə növbədənkənar qurultay keçirildi. Qurultayın qərarı ilə həmin adını çəkdiyim şəxslər partiya sıralarından xaric edildi, bu haqda mətbuat rəsmi xəbər yaydı.
Onlar müəyyən müddət paralel fəaliyyət göstərdilər, Ramiz müəllimin əleyhinə çıxış etməyə başladılar. Onlar çalışırdılar ki, Beynəlxalq Kommunist Təşkilatının üzvlüyünə qəbul olsunlar. Amma alınmadı. İndi Firudin Həsənov partiyadan uzaqlaşdırılıb, YAP üzvüdür, «Odlar yurdu» universitetində işləyir, Aleks Sarçinko və digərləri siyasətdən uzaqlaşıblar. Yerdə qalan Telman Nurullayevdir ki, bu cür çıxışlarını davam etdirir.
- Bəs sizin partiya sədri seçilməyiniz necə oldu?
- AKP 2000-ci ildə parlament seçkilərində iştirak edib, parlamentə mən və Ramiz Əhmədov deputat seçilmişdik. Həmin dövrdə AXCP, Müsavat və başqa təşkilatlardan namizədlər deputat seçildi. Bu aralıqda Telman Nurullayev və adamları yenə qanad yaratmamışdılar, gözə dəymirdilər.
2007-ci ildə Ramiz Əhmədov dünyasını dəyişəndən sonra onları partiya rəhbərliyini yenə ələ keçirməyə can atdılar. Beynəlxalq Kommunist Təşkilatına məlumat verdilər ki, Rüstəm Şahsuvarovu sədr seçmişik. Biz partiya nizamnaməsinin tələblərinə uyğun olaraq təşkilat komitəsi yaradıb, 3 ay ərzində qurultay keçirdik.
Dünyanın kommunist partiyalarından qonaq dəvət etdik, 308 nəfər nümayəndə seçildi və yekdilliklə məni sədr seçdilər. Mətbuat konfransı keçirib, bunu elan etdik.
Ancaq partiyanın sənədləri Ramiz müəllimin ailəsində idi və ona müraciət olundu. Həmin sənədlər mənə rəsmən təqdim olunmadı. Zorla o sənədləri ala bilməzdim ki? Şəhadətnamə, möhür, ştamp onlarda qaldı. Ədliyyə Nazirliyinə müraciət etdik ki, köməklik göstərilsin.
Bu günə kimi məsələ həllini tapmayıb. Telman Nurullayev deyir ki, şəhadətnamə əlimdədir. O da şəhadətnaməni həmin vaxt partiyadan xaric edilən Ələsgər Xəlilovdan alıb. Əgər evin «kupça»sı sənin əlindədirsə, o demək deyil ki, mülk sənə məxsusdur.
Sonra partiyadan xaric edilən bu qruplaşmanın öz daxilində bir çaxnaşma düşdü və Rüstəm Şahsuvarovu aldadıb, sıralarından xaric etdilər. Bu gün həmin sənədləri mənə qaytarmırlar. Ancaq AKP adından onların danışmağa əsası yoxdur. AKP fəaliyyət göstərir, sədr mənəm, seçkilərdə biz iştirak edirik və kimin leqal, kimin qeyri-leqal olduğu göz qabağındadır.
- O halda partiya adından Putinə müraciəti də onlar yayıblar?
- Bəli. Bu adamın uzun müddət səs-sorağı yox idi. Krımla bağlı hadisələr başlayanda mövqe bildirdilər. Mənə də təəccüblü gəldi ki, «Azadlıq» radiosunda dedilər ki, nümayəndəmiz Putinə müraciət edib. Mən radioya heç kimi göndərməmişəm. Nə Telman Nurullayev partiya üzvüdür, nə də orada Putinə müraciət edən Abdinov soyadlı şəxsi tanıyıram.
Niyə onlar Züqanova yox, Putinə müraciət edirlər? Niyə Putinə cənab yox, yoldaş deyirlər? Gərək hər şeyə obyektiv münasibət bildirəsən. Onların bu müraciət Azərbaycan Kommunist Partiyasına qarşı təxribatdır. Putin burjua dövlətinin prezidentidir. Kommunist Partiyasının ona müraciəti nə dərəcədə düzgün olar?
Onların bu sərsəm addımı bu vəziyyətə gətirib çıxarıb. Mən sizin qəzetdə oxudum ki, partiyamızı araşdırsınlar, hüquq-mühafizə orqanları yoxlasın. Mən heç vaxt Putinə müraciət etməmişəm. Biz ölkənin inkişafını sosializmdə görürük, sağ partiyalar milli burjuaziya istəyir. Heç vaxt onların əleyhinə də danışmamışam.
Biz Ukraynadakı qanunsuzluğa son qoyulmasını, Lenin abidəsinin dağıdılmasını pisləmişik. Krıma gəldikdə, bu ərazilərin referendumla Rusiyaya qatılmasını pisləmişik, mənfi münasibət bildirmişik. AKP bu məsələdə Rusiyaya necə dəstək verə bilər ki, bizim Qarabağ problemimiz var. Xruşşov onlara Krımı hədiyyə edib.
Qarabağ isə dədə-baba yurdumuzdur. Krımla Qarabağın oxşar cəhətləri yoxdur. Əgər hansısa dövlətə simpatiyan varsa, öz daxili işindir, milli mənafeyi nəzərə almaq lazımdır. Mən millətçi deyiləm, beynəlmiləlçiyəm, Azərbaycançıyam. Adamı qıcıqlandıran odur ki, bəzi millətçi sağ partiyalar Krım tatarlarının taleyindən narahat olduqlarını deyirlər, amma Rusiyada yaşayan 2 milyon azərbaycanlı onları narahat etmir.
- Ümumiyyətlə, partiyanız Azərbaycanın Gömrük İttifaqına qoşulmasını istəyirmi?
- Azərbaycan həm Qərb dövlətləri, həm şimal qonşuları ilə balanslaşdırılmış siyasət aparmalıdır. Biz hələ yaradılmamış bu ittifaq haqda danışırıq. Gömrük İttifaqı hələ yaradılsın, görək məramı nədən ibarətdir, yoxsa kortəbii şəkildə danışmaq lazım deyil.
Əgər bu ittifaq Azərbaycan iqtisadiyyatına divident gətirəcəksə, qoşulmaqda heç bir problem görmürəm, iqtisadi əlaqələrimiz olmalıdır. Bizə hara məqsədyönlüdürsə ondan istifadə etməyi bacarmalıyıq. Bəzi politoloqlar gözüyumulu danışırlar, amma bu ittifaqın mahiyyəti hələ tam aydın deyil. Ancaq Amerikanın İraqda, Suriyada, Liviyada mövqeyini sığortalamağa çalışırlar. Mənim Gömrük İttifaqı bəyannaməsindən xəbərim yoxdur.
Haçan yaradılsa, onda partiya mövqeyini bildirəcək. Ancaq mən bu ittifaqa üzv olmağı Moskvanın boyunduruğuna çevrilmək kimi qiymətləndirmirəm. Məgər Avropa İttifaqına qoşulan ölkə müstəqilliyini itiribmi? Bizim müstəqillik daimi və əbədidir.
Ümumiyyətlə, bu ittifaqın yaranışında SSRİ-nin analogiyasını görmürəm. Sadəcə, belə fikirlər Qərb dövlətlərinin qısqanclığından irəli gəlir. Burada söhbət gömrük-əmtəə məhsullarından gedir. Bu ittifaqda ərazi iddiası yoxdur.
Putin yaxşı bir söz dedi ki, kim SSRİ-ni dağıdılmasından qəmlənmirsə ürəyi yoxdur, kim təzədən bərpasını fikirləşirsə, onun da başı yoxdur. Bizim kimi o dövrü yaşamış nəsildə SSRİ-yə qarşı nostalji hissləri ola bilər. Amma yenidən SSRİ-nin yaranması ağılsızlıqdır.
- Rauf müəllim, Azərbaycanda niyə sol təmayüllü partiyalar fəal deyillər?
- Biz dünyanın 183 sol qüvvəsi ilə əməkdaşlıq edirik. Türkiyə Kommunist Partiyasına məktub ünvanlamışıq. Onların bir üzvü bələdiyyə seçkilərində qalib gəlib. Kuba səfirliyi ilə münasibətlərimiz var. Venesueladan bizə dəvət gəlib. Gennadi Zuqanov görüşməyə gəlmişdi. Ukrayna, Belorus, Hindistan Kommunist Partiyaları ilə əməkdaşlıq edirik.
Sadəcə, sol partiyaların arasında birlik yoxdur. Bir vaxtlar Ramiz Əhmədov və Araz Əlizadə bir ittifaq yaratmışdı, «Motodrom»da mitinqlər keçirildi. İndi birlik qalmayıb. Elə sağ partiyalar da qeyri-fəaldır. Məgər Milli Şura, ya partiyalar mitinq keçirir?
Seçkilər vaxtı kampaniyada qanunla nəzərdə tutulmuş aksiyalarda iştirak edirdilər. Eyni zamanda partiyamızın maddi imkanları aşağıdır. Qəzet, internet, təbliğat imkanı aşağıdır. Bizə Yunanıstan, Kiprdən dəvət gəlib.
Amma maddi imkan olmur ki, gedək iştirak edək. Müsavat Partiyası kimi qərargahımız yoxdur. Bizim elektoratımız fəhlə-kəndlidir, yeni müasir ofislə təmin etmək imkanımız yoxdur. Ancaq ayın 27-də sol qadınlar təşkilatının geniş konfransı keçiriləcək, bizdən bir qadın Moskvada tədbirdə iştirak edəcək. Partiyaya dövlətdən də maliyyə dəstəyi yoxdur.
Bir vaxtlar sağ partiyalar dövlət büdcəsindən maliyyələşməyə qarşı idi, bunu təsir altına düşmək kimi qiymətləndirirdilər. Bu büdcə YAP-n büdcəsi deyil, dövlətin puludur. Niyə təsir altına düşməlidir? Rusiyada, Türkiyədə, hər yerdə partiyalar dövlət büdcəsindən maliyyələşir. Zuqanov qədər Putini tənqid edən yoxdur, amma partiya dövlətdən maliyyələşir, 100-dən artıq deputatı var. Yaxşı ki, o sərəncamı prezident imzaladı və büdcənin artırılacağına ümid edirəm.
Bizdə siyasi mədəniyyət formalaşmalıdır. İndi yoldaşların könüllü yardımı hesabına tədbirlərə iştirak edirik. 2015-c i il Milli Məclis seçkilərinə qatılacağıq, çalışacağıq ki, heç olmasa 1 namizədimiz parlamentə düşsün. Bu halda partiya dövlətdən maliyyə ala bilər.