vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
15:55 | 5 aprel 2014 | Şənbə Məqaləyə 1182 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Proseslər bizim xeyrimizədir»

«Qərb açıq-aşkar Rusiya ilə müharibəyə başlayıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində razılıq əldə olunub». Bu sözləri «Axar.az»a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Ərdoğanın hazırkı təhlükəli durumda Azərbaycana səfərinin ölkəmiz üçün çox müsbət hal olduğunu bildirib:

«Ərdoğan deyəndə ki, biz hər sahədə əməkdaşlıq edirik, ticari-iqtisadi sahələrlə birgə hərbi sözünü də işlətdi. Bu o deməkdir ki, Azərbaycanla Türkiyə arasında hərbi məsələlərdə razılıq var. Bu da olduqca müsbət haldır. Beynəlxalq vəziyyət olduqca təhlükəlidir və Azərbaycana qarşı Rusiya mətbuatı, məmurları, parlamenti tərəfindən müxtəlif hədələr gəlir. Yəni bu səpgidə Azərbaycan gərək dəqiq surətdə bilsin ki, əgər ona qarşı əsgəri addım atılsa, Türkiyə onunla bərabər bunu dəf etməyə hazırdır. Mən əminəm ki, belə razılıq əldə olunub».

Politoloq hazırda dünyada Rusiya əleyhinə gedən proseslərin Azərbaycanın xeyrinə olduğunu söyləyib: «Bu dəqiqə proseslər bizim xeyrimizə gedir. Çünki Qərb açıq-aşkar Rusiya ilə müharibəyə başlayıb. Bu rejimi çökdürməyə çalışır. Bu da Qarabağ məsələsinin həllinə töhfə verəcək. Rusiya elə bir güclü dövlət deyil ki, Amerika maraqlarını qorumaq üçün bura baza gətirsin. Amerika sanksiyalarla, Rusiya ilə əməkdaşlığı kəsməklə, siyasi, iqtisadi, diplomatik blokada ilə Rusiyanı çökdürəcək. Çökdürəcək deyəndə, mən hakimiyyəti nəzərdə tuturam. Rus xalqı yaşayacaq, amma onların başında indiki kimi quldurlar dayanmayacaq. İmperiyapərəstlər yox, xalqının dərdinə yananlar. Putin dördüncü dəfədir prezident olur. Ölkə batır, iqtisadiyyat çökür. Niyə görə? Putin ona görə Krıma hücum edib ki, bu suallara ondan cavab soruşmasınlar».