
Məhəmməd, Sofiya və Nuh
Berlində körpələrə ən çox qoyulan adlar açıqlanıb
Berlində körpələrə ən çox qoyulan adlar açıqlanıb
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
Çinli iş adamları üçüncü ölkədən istifadə etməklə tariflərdən necə yayınır?
10 ölkədən birgə bəyanat
Asiya ölkəsində ölənlərin sayı yeni doğulanlardan iki dəfə çox olub
... Yaxud Vaşinqton, Moskva və Pekinin “pokeri”
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
İdarənin hazırladığı iki videoda ən xırda detallar incə işlənilib
Vaşinqton hərbi bazalarını genişləndirir, Pekin siyasətçilərə yaxınlaşır
Tramp administrasiyası tariflərə təzyiq edir...
17 yaralı var
Qalmaqallı sızıntı üzə çıxdı – Çinə 500-dən çox həssas sənəd göndərilib
Fransa xəstəxanalar azyaşlı uşaqlarla dolub
Brüssel Sincanla bağlı sanksiyaları dəstəkləməyə davam edir
22 nəfər öldü
ABŞ-ın media qurumlarından CNN yazır ki, Çin tək uşaq siyasətini ləğv etsə də, bunun buraxdığı izlər Pekinin hazırkı əhalinin planlaşdırılması layihəsinə mənfi təsir edib.
Təhlil, Çində qadınların yeni nəslinin ailələrinin mübarizələri və tək uşaq siyasəti altında verdikləri fədakarlıqlar səbəbiylə valideyn olmaq istəmədiklərini iddia edir.
Çin Milli Statistika Bürosunun yanvar ayında açıqladığı məlumatlara görə, 2022-ci ildə 1 milyard 411 milyon olan Çin əhalisi 2023-cü ildə 1 milyard 409 milyona enib.
2022-ci il 9,56 milyon körpə doğulduğu, ötən il bu rəqəm 5,6 faiz az yəni 9,02 milyon olub.
Doğum nisbəti də 1949-cu ildən bəri ən aşağı səviyyəyə düşərək mində 6,39 olub.
1980-2015-ci illərdə həyata keçirilən tək uşaq siyasətindən sonra 2021-ci ildən etibarən cütlüklərə üç uşaq sahibi olmağa icazə verilib.
Tək uşaq siyasətinin ən ciddi şəkildə həyata keçirildiyi 1990-cı illərdə dünyaya gələn Fang, anası ikinci övladını dünyaya gətirəndə çox çətinlik çəkdiyini izah edir.
Fang bildirir ki, ailəsi onu böyük əmisinin uşağı kimi təqdim etməli olub.
30 yaşlı evli qadın bu təcrübənin onda buraxdığı sarsıntı üzündən uşaq sahibi olmaq istəmədiyini söyləyib: “Uşaqlığım boyu hiss etdiyim bütün qorxular, çaşqınlıqlar və etibarsızlıqlar bu və ya digər şəkildə bu qərarda həlledici oldu”.
Tək uşaq siyasəti dövründə kəndli cütlüklərə də birincinin qız olması şərti ilə ikinci uşaq dünyaya gətirməyə icazə verilirdi.
Bu tətbiqin keçərli olduğu 19 əyalətdən biri olan Şantunqda doğulan Yao, anası üçüncü uşağına hamilə qaldıqda böyük çətinliklər yaşadıqlarını izah edir.
25 yaşlı Yao hamilə qalan anasının onu babasına və nənəsinə əmanət edərək başqa kəndə qaçdığını bildirib.
Xəbərdə bir uşaq siyasəti dövründə gender əsaslı abortların və uşaq ölümlərinin baş verdiyinə də diqqət çəkilib. Xi'an Jiaotong Universitetindən Li Şujuo iddia edir ki, təxminən 20 milyon qız bu təcrübə səbəbindən “yoxa çıxıb”.
Təhlildə bir uşaq siyasətinin təsirinin Pekinin əhalinin planlaşdırılması layihəsinə mənfi təsir göstərdiyi vurğulanıb və Yanq və Faonun dediklərini müstəqil şəkildə təsdiqləmək mümkün olmadığı bildirilib.