vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
14:58 | 6 aprel 2014 | Bazar Məqaləyə 1127 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sərkisyan yaxşı bilir ki...»

Vəfa Quluzadə: «Rusiya Ermənistanın bədbəxtliyidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Serj Sərkisyan gözəl bilir ki, nə səbəbə görə Ermənistan parlamenti güllələnib». Bu sözləri «Axar.az»a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.

Ermənilər türklərdən nifrət etmirlər

O, Ermənistanın sosial partlayış ərəfəsində olduğunu deyib: «Ermənistan parçalanmış cəmiyyətdir. Çünki Ermənistan bir tərəfdən tamamilə Rusiya müstəmləkəsidir və xalq da bunu istəmir. Yalnız hakim dairə Rusiyanın Ermənistan üçün əhəmiyyətini təbliğ edir. Əksinə bütün ziyalı, savadlı ermənilər bilirlər ki, Rusiya Ermənistanın bədbəxtliyidir. Ona görə ki, Rusiyaya görə Ermənistan təcrid olunmuş vəziyyətdə qalıb. Ermənilər görürlər ki, türklərin onları qırmaq fikri yoxdur. Əksinə onlara əl uzadaraq bu bataqlıqdan çıxartmaq istəyirlər. Ona görə Ermənistanda Putinin səfəri ərəfəsində nümayişlər oldu, Avropa İttifaqına tərəf ermənilərdən böyük istək oldu. Lakin Sərkisyan bu arzunu onların ürəyində qoydu. Erməni xalqı öz rəhbərliyindən olduqca narazıdır. Vəziyyət orada kövrəkdir və bir gün partlayacaq».

 

Sarkisyanın ipləri Moskvadadır

 

Politoloq Dağlıq Qarabağ konfliktinin həll olunmasında irəliləyiş olmayacağını qeyd edib: «Ermənistan Rusiyanın caynağından çıxmayana qədər heç bir irəliləyiş olmayacaq. Serj Sərkisyan tamamilə Moskvadan asılı adamdır. O gözəl bilir ki, nə səbəbə görə Ermənistan Parlamenti güllələnib. Bunu ondan yaxşı bilən yoxdur. Ona görə də Serj Sərkisyan Moskvanın icazəsi olmasa heç bir addım ata bilməz. Moskvada Qarabağ məsələsini əngəlləyərək, bir gün Azərbaycana qarşı istifadə etməyə ümid edir. Bu münaqişə ilə ABŞ-ın, Avropa İttifaqının, NATO-nun regionda olan bütün maraqlarına hədə qorxu gəlir. Ona görə də məsələ həll olunmayacaq və hələlik irəlləyiş gözləməyə dəyməz».

 

Azərbaycan üçün ən yaxşı namizəd...

 

V.Quluzadə erməni xalqının sülhə ehtiyacı olduğunu söyləyib: «Ermənistanda Ter-Petrosyandan əlavə daha müsbət şəxsiyyətlər var. Məsələn, David Şahnazaryan. O müxalifətdədir və açıq-aşkar deyir ki, bizim bütün sərhədlərimiz Rusiyanındır. Əgər o hakimiyyətə gələ bilsə və ölkə Rusiyanın caynağından çıxa bilsə sülh məsələsi həll olunacaq. Ermənistan xalqı deyir ki, əgər qələbə çalmısınızsa bəs sülh haradadır? Bax onlar bundan narazıdırlar».