vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MÜBHƏM  
17:11 | 8 sentyabr 2024 | Bazar Məqaləyə 194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qadınlardan qorxan diktatorun hərəmxanası

Nasist liderinin qəribəliklərlə dolu sevgi həyatı: “Soyuq və aseksual idi”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya tarixinin ən qaranlıq dövrlərindən birində rol oynamış alman nasist lideri Adolf Hitler haqqında yeni kitab faşist diktatorun şəxsi həyatına işıq salır. Müəllif Riçard J Evans “Hitlerin xalqı” adlı yeni kitabında nasist liderinin qadınlarla qəribə münasibətindən bəhs edir.

Qadının yerinin evdə olduğuna inanan Hitlerin hakimiyyəti dövründə Almaniyanın “tarixdə kişilərin ən çox dominant olduğu ölkələrdən biri” olduğuna diqqət çəkən Evans, Nasist ideologiyasına görə qadınların işinin öz həyat yoldaşlarını dəstəkləmək olduğunu vurğulayıb. O qadınların siyasi qərarlar qəbul etmək qabiliyyətinə malik olmadığına inanırdı.

Kitaba görə, tarixçilərin ümumiyyətlə soyuq, aseksual və qadınlardan qorxan kimi qələmə verdikləri Hitlerin qadınlarla mürəkkəb münasibətləri olub. Hitlerə ən yaxın olan adlar arasında nasist ideologiyasından təsirlənən qadınlar da var idi.

Bəzi bioqraflar Hitlerin qadınlarla fiziki təmas qura bilmədiyini, seksuallıqdan qorxduğunu və həyatını nasist Almaniyasına həsr etdiyini bildirsələr də, müəllif Evansa görə reallıq çox fərqli idi.

***

Nasist liderinin siyasətə gəldiyi andan ətrafdakılara təsir etməyi bacardığını, soyuqqanlı mövqeyinin qadınlara da təsir etdiyini vurğulayan Evans onlardan birinin də işlədiyi oteldə işləyən gənc Maria Reiter olduğunu yazıb. Hitlerə heyran olan başqa bir gənc qadın onun şəxsi fotoqrafının qızı Henriette Hoffman idi.

Digər tərəfdən, Hitlerin gənc qadınlarla yaxınlaşmaq cəhdləri ümumiyyətlə uğursuzluqla nəticələnir.

İlk gənclik illərində onun yaxın dostu olan Avqust Kubizek də Hitlerin o zaman Stefani adlı bir qızla sevgili olduğunu, lakin ona ürəyini açmağa cəsarət etmədiyini söyləyib.

O, 39 yaşında olarkən ögey bacısının qızı 20 yaşlı Angela Raubal ilə münasibətdə olub və gənc qadın bəzi səfərlərində faşist diktatoru müşayiət edib.

Hitlerin qısqanclığı nəticəsində depressiyaya düşən gənc qadın bir neçə ildən sonra mənzilində ölü tapılıb. Onun intihar etdiyi güman edilir.

1932-ci ildə görüşməyə başladığı fotoqraf Eva Braunla münasibəti zamanı da “cinsi əlaqəni gücləndirən vasitələrdən” istifadə etdiyi deyilən Hitler, gənc sevgilisinin depressiya səbəbiylə iki dəfə təklikdə intihara cəhd etməsindən sonra onu əksər tədbirlərə aparmağa başladı.

Bu münasibətdə heç vaxt “evlənmək və uşaq sahibi olmaq” mövzusunun gündəmə gətirilmədiyini qeyd edən müəllif Evans, Hitlerin məğlubiyyətdən sonra qaldığı bunkerdə intihar etməzdən əvvəl Eva Braunla evləndiyini xatırladıb.