vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
10:00 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1528 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bir milyon məcburi köçkünün adından deyirəm ...»

Qənirə Paşayeva AŞPA-nı mülkü vətəndaşları hədəfə alan Ermənistana qarşı sərt təzyiqlərə çağırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Qənirə Paşayeva Avropa Şurasıı Parlament Assambleyasını (AŞPA) Azərbaycanlı köçkünlərin çağırışlarına cavab verməyə və onların Ermənistan tərəfindən pozulan hüquqlarını müdafiə etməyə çağırıb.

Vaxt.az məlumat verir ki, Qənirə Paşayeva AŞPA-nı mülkü vətəndaşları hədəfə alan Ermənistana sərt təzyiqlərə çağırıb.

AŞPA-da çıxışı zamanı millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Ermənistanın törətdiyi cinayətlərə toxunaraq təşkilatı bu kimi hallar son qoymaq üçün Ermənistana təzyir göstərməyə çağırıb. O, ilk növbədə Ermənistanın atəşkəsi pozaraq mülkü vətəndaşları hədəfə almasından danışıb. «Azərbaycan ilə Ermənistan arasında ön cəbhə regionlarından birinin nümayəndəsi olaraq regionda mövcud məsələləri diqqətinizə çatdırmaq və Assambleyanı bu məsələyə diqqətini artırmağa çağırmaq istərdim. Bu yaxınlarda Ermənistan Silahlı Qüvvələri müntəzəm şəkildə atəşkəsi pozaraq mülki azərbaycanlıları, onların evlərini atəşə tutmuşlar. 9 gün əvvəl millət vəkili olaraq təmsil etdiyim Tovuz rayonunun Əlibəyli kənd sakini, mülki şəxs Etibar Tağıyev Ermənistan silahlı qüvvələrinin onun evini atəşə tutması nəticəsində yaralanmış, ailə üzvləri isə ciddi sarsıntılar keçirmişlər. Bundan başqa digər mülki şəxs Rəşad Əliyev və onun ailəsi də eyni aqibətlə üzləşmişdir. Bundan daha əvvəl isə Ruhiyyə Hüseynova, Adil Musayev və Etibar Quliyev də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutularaq yaralanmışdılar. Mülki şəxslərin snayperlər tərəfindən vurulması kimi bu cür faktlar digər ön cəbhə ərazilərdə də rast gəlinir. Biz AŞPA-nı Ermənistandan Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqlara zərbə vuran hərəkətləri dayandırmağı tələb etməyə çağırırıq».

Ermənistanın 20 ildir azərbaycan torpaqlarını işğalda saxlamaqda davam etdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva AŞPA bütün haqları Ermənistan tərəfindən pozulan və öz evlərinə dönə bilməyən azərbaycanlı məcburi köçkünlərin səsini duymalı və Ermənistana qarşı sərt mövqe nümayiş etdirməlidir deyib. « Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü pozub və artıq 20 ildən artıqdır ki torpaqların bir hissəsini işğal altında saxlayır və BMT Təhlükəsizlik Şurası və Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymur, bu gün də onlar Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etmir, 100 minlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan vermir və snayperləri mülki şəxsləri atəşə tutmaqda davam edirlər. Cəbhə bölgəsində yaşayanlar sizdən AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini gözləyirlər. Biz Assambleyanı bu məsələni ciddi müzakirə etməyə və bu istiqamətdə səylərini sürətləndirməyə çağırırıq. Mən 1 milyon qaçqın və məcburi köçkün adından deyirəm ki, onlar 20 idir ki öz doğma torpaqlarına və evlərinə dönə bilmirlər və bu, Avropa zonasında insan haqlarının ən böyük pozuntusudur. AŞPA Avropa Şurası üzv dövlətlərindən birinin ərazisinin digər üzvü tərəfindən uzunmüddətli işğalı faktına laqeyd yanaşmamalı və bu məsələlərə ciddi yanaşmalıdır. AŞPA-da bu məsələ ilə bağlı son müzakirələrin nə vaxt aparıldığını yada salaq. Bu məsələ ilə bağlı apardığımız müzakirələrin tarixini xatırlayaq, təəssüflər olsun ki, mən xatırlaya bilmirəm. AŞPA-nın qeyd edilən qətnaməsi bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə dönmələrinə imkan verməlidir. Bu qətnamənin qəbulundan 9 il keçməsinə baxmayaraq Ermənistan onu yerinə yetirməkdən imtina edir. Azərbaycanlı qaçqın və məcburi köçkünlər sizdən səylərinizi daha da artırmanızı gözləyirlər. Sadəsə müzakirələri aparmaq və sənədlər qəbul etmək kifayət deyil. Bu adamlar sizi qəbul etdiyiniz qətnamələrin və sənədlərin yerinə yetirilməsi üzərində ciddi nəzarət həyata keçirməyə, daha effektiv mexanizmləri tətbiq etməyə və onların pozulmuş hüquqlarını müdafiə etməyə və bu məsələ ilə bağlı müzakirələr aparmağa çağırırlar. Mən Assambleyanı bu insanların səsini duymağa və 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün öz təsir və təzyiq mexanizmlərini gücləndirməyə çağırıram».

Millət vəkili Qənirə Paşayeva Ermənistanın Suriyadan qaçqın düşmüş erməniləri işğal etdiyi Azərbaycan torpaqlarında məqsədli yerləşdirməsi məsələsini də qaldırıb. «Təəssüf edicidir ki, Ermənistan Suriyadan qaçqın düşmüş ermənilərdən də öz təcavüzkar xarici siyasətinin aləti kimi istifadə edib, onları Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirir. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar AŞPA-nın sənədlərinə, habelə ATƏT-in fakt araşdırıcı missiyasının müvafiq müraciətlərinə zidd olub, vəziyyəti daha da gərginləşdirməklə münaqişənin sülh yolu ilə həll edilməsinə xələl yetirir. AŞPA Ermənistandan bu təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklər ilə ziddiyyət təşkil edən bu cür hərəkətləri dayandırmağı tələb etməlidir.»