vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
19:51 | 17 fevral 2025 | Bazar ertəsi Məqaləyə 104 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət katibindən əvvəl raketlər getdi

ABŞ-ın “MK-84” bombaları haqqında nə bilirik?

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ dövlət katibi Marko Rubionun Tel-Əvivə ilk səfəri gecəsi İsrailə ağır bomba yükləri göndərilib. İsrail Müdafiə Nazirliyi verdiyi açıqlamada, Prezident Donald Tramp administrasiyasının bu yaxınlarda göndərilməsi əmri verdiyi “MK-84” bombalarına nəzərdə tutaraq, “Ağır hava bombalarının göndərilməsi alındı” deyilir.

Tramp administrasiyası fevral ayında İsrailə 7,4 milyard dollar dəyərində bomba, raket və avadanlıq satışını təsdiqləyib.

ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası İsrailə ağır bombaların göndərilməsini dayandırmışdı, lakin Tramp vəzifəyə gəldikdən sonra yeni razılaşmanı təsdiqlədi.

“MK-84” bombaları haqqında nə bilirik?

Müdafiə saytı “Defencenews”un məlumatına görə, “MK-84”, ABŞ ordusunun MK-80 seriyalı bombalarının bir hissəsi olan və bu seriyanın ən böyük və ən ağırı olan (təxminən 907 kq) yüksək partlayıcı hava-yer bombasıdır.

Bomba müxtəlif döyüş ssenariləri və hərbi əməliyyatlar üçün nəzərdə tutulub. Düşmən infrastrukturunu, bunkerlərini və digər hədəflərini məhv etmək üçün əhəmiyyətli partlayıcı güc təmin edir. Bomba qırıcı və ya bombardmançı təyyarələrlə daşınır.

“MK-84”də 429 kq partladıcı maddə var. BMT bildirir ki, bombanın partlaması nəticəsində yaranan təzyiq partlayış yerindən onlarla metr məsafədə insanların ağciyərlərini parçalaya, sinuslara zərər verə və ətraflarını amputasiya edə bilər.

Təxminən 3,84 metr uzunluğunda və gövdə diametri 457 mm olan “MK-84” davamlılığı təmin edən və partlayıcı gücünü artıran polad korpusa malikdir. Bombanın əsas təsirlərinə yüksək səviyyəli dağıntı və partlayış gücü daxildir. Məhv radiusu 365 metrlik ölümcül məsafəyə qədər uzanır.

Zərbə baxımından bomba 15 düym (381 mm) metal və ya 11 fut (3,4 metr) dəmir-betondan nüfuz edə bilir və bu, bunkerləri və möhkəmləndirilmiş hərbi qurğuları məhv etmək üçün effektiv silahdır.

İsrail bu bombadan Livanda “Hizbullah” terror təşkilatına qarşı müharibəsində istifadə edib. ABŞ rəsmiləri İsrailin 27 sentyabr 2024-cü ildə terror təşkilatının lideri Həsən Nəsrullahı öldürmək üçün bu bombadan istifadə etdiyini açıqlayıb.