

Brüsseldə bağlanan Audi zavodunun taleyi müzakirə olunur
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Hökuməti devirməyə çalışan 5 ifrat sağçı ekstremist həbs edilib
Britaniya bombardmançılarını alman qırıcılarından qoruyan həmlə
Alman nəhəngi işçi qüvvəsi böhranı ilə üzləşir
ABŞ-ın Rusiya ilə yaxınlaşması alyansda dərin şoka səbəb olub
... Yaxud çəkindirici Avropanın çıxış yolu supergüclü Almaniyadır
SPD millət vəkillərindən Merzə pis sürpriz, Almaniyada məcburi hərbi xidmət geri qayıdır
Rutte: “Avropa sülh sazişinin davamlı olmasını təmin etmək üçün böyük rol oynayacaq”
Almaniyalı nazir Tramp-Zelenski gərginliyinə cavab verdi ...
İlk görüş açıq və konstruktiv atmosferdə keçib
Alman politoloq: “AfD-nin səslərinin ikiqat artmasının günahkarı rəqibləridir”
Zavod rəhbərliyi ilə işçilər arasında aparılan danışıqlar nəticə verdi
Seçkidən sonra kabinet hesablamaları başlayıb, Merkeldən SMS gəlib
Dövlət gəlirləri ilk dəfə 2 trilyon avronu keçəcək
... Yaxud 2025-ci il Almaniya seçkiləri və seçici fəallığı
Almaniyanın Bavariya torpağında Turnau icması var. İlk baxışdan heç bir diqqət cəlb etməyən kiçik bir qəsəbədir. Lakin, kommunanın gerbinə nəzər saldıqda maraqlı bir uyğunluğun izinə düşürük. Gerbdə iki quş şəkli var. Almanlar bu quşların gerbdə haradan peyda olduğunu və hansı quş olduğunu dəqiq izah edə bilmirlər. Onun Qu quşları olduğunu yazırlar, amma durnaya oxşadığını da bildirirlər. Burada icmanın “Turnau” adı ilə “durna/turna” quşu arasında bənzərliyi sezməmək mümkün deyil. Deyə bilərsiniz ki, bu sırf təsadüfdür. O zaman bir az şimala İsveçə yollanaq. Burada Tranemo adında kiçik və qədim bir şəhər var. İcmanın adının mənşəyi barədə İsveç mənbələri, o cümlədən ingilisdilli mənbələr belə yazır:
“Tranemo – qədim İsveç mənşəlidir və iki hissədən ibarətdir:
Trane – qədim İsveç dilində durna
Mo – qumlu və ya quru torpağa istinad edən İsveç dilində yer adlarında istifadə olunan element, çox vaxt dağlı ərazi və ya açıq düzənliyə şamil olunur.
Beləliklə, Tranemo durnalar bataqlığı və ya durnaların yaşadığı yer deməkdir”.
Burada qədim İsveç dilində işlədilən Trane türk dilində olan Turna sözünün eynisidir. Burada təsadüf söhbəti ola bilməz. Deməli, qədim isveçlilər, eləcə də Norveç və Danimarka əhalisi latınlaşmaya məruz qalana qədər türklər kimi durna/turna quşuna trane/trana deyirlərmiş. Müasir dövrdə bizim oxuduğumuz dünya tarixini tərtib edən avrosentristlər belə faktları görməzdən gəlir, ya da təsadüf olduğunu deyir. Yüz illərdir onların yazdığını oxuyanlar da belə düşünür, hətta istehza da edir. Deyirlər ki, təsadüfdür. O zaman Tranemo bələdiyyəsinin gerbinə baxın. Orada durna quşu əks olunub. O ki qaldı Tranemo adındakı “mo” hissəciyinə - bu da qədim İsveç dilində yer bildirən şəkilçidir. “Ma/mo/mu” Ural-Altay dillərində “yer” mənasında işlədilmişdir. Bu şəkilçi ilə Azərbaycanda Yalama, Yaşma, Qazma, Borçalıda Burma kimi yer adları var. Bir sıra azərbaycanlı dilçilər “meşə” sözünün məhz bu morfemdən yarandığını bildirirlər.
Türklərin yaşadığı bir çox bölgələrdə “Turna” adı ilə yaşayış məskənləri mövcuddur. Qaraçay-Balkarlarda Tırnıauz (Durna dərəsi), Çuvaşiyada Turna-İlge çayı, qədimlərdən iskit, peçeneq, polovets türklərinin yaşadığı müasir Belarus ərazisində Turna kəndi...
Bəs, Avropada qədimlərdən qalan Turna yaşayış məskənləri haradandır. Bu bir faktdır ki, o yaşayış məskənləri qitənin xristianlaşmasından, latınlaşmasından əvvələ təsadüf edir. Bunu linqvistik araşdırmalar da sübut edir. Bir maraqlı faktı da qeyd edək ki, Avropada qədimlərdən Turna soyadı da meydana gəlmiş və oradan dünyaya yayılmışdır. Avropalı alimlər bu soyadın mənşəyi barədə məlumat verməkdə çətinlik çəkir, sadəcə vurğulayırlar ki, “bu soyadın mənşəyi hələ eramızdan çox əvvəl bu torpaqlarda yaşayan xalqlarla bağlıdır”. Amma bu hansı xalq ola bilər, və ya Turna adının yalnız türk dilində izahı olduğunu, gerblərindəki durna ilə bağlılığın təsadüf olmadığını deməyə dilləri gəlmir. Bu adı təlaş içində gah german, gah da qədim slavyan dillərində izah etməyə çalışırlar. Bəzi obyektiv rus dilçiləri Turna soyadının Rusiyada türk kökənli olduğunu etiraf edir. Məsələn, soyadlarla bağlı Rusiya portalları Turneyev soyadını Krım tatarlarına adi edir (https://familii.ru/onomastika).
Bəs, durna adı hansı qədim xalqlarda ola bilərdi? Məncə sözün özünün türkcə olması artıq cavabdır. Durna quşu ən qədim dövrlərdən türk xalqlarında pərəstiş edilən, onqona çevrilən, yüksək tutulan və simvola çevrilən quşlardan olub. Hətta qədim uyğur yazısında (Irk Bitik) turna haqqında qeydə rast gəlinir. Xakas mifologiyasında durna “hökmdar quşu”dur. Başqırd əfsanəsində durnalar döyüş meydanında düşməni yenmək üçün onlara kömək edir. Başqırdlar ümumiyyətlə durnaya səcdə edirdilər. Başqırd tayfaları olan qanlı, burzan, yurmat, üsərgən, qara tabın, qayna nəsillərində durna onqon olmuşdur. Durna peçeneq, qıpçaq, qırğız, merkit, yakut türklərində də totem olmuşdur. Bundan başqa bu tayfalar arasında turna adlı nəsil də vardı. Maraqlıdır ki, türklərdə durna nəciblik, fədakarlıq, gözəllik rəmzi olduğu halda Hindistanda bu quş neqativ rəmz daşıyır. Hindlilərdə durna xəyanət rəmzidir. Bu da bu quşun hindlilərin əsas rəqibi olan türklərin totemi olması ilə əlaqədardır.
Burada bir vacib məqamı qeyd edim ki, durna ilə qarqar (цапля) quşlarını bu günə qədər qarışdır və eyniləşdirirlər. Zoologiya, ornitologiya elmi inkişaf etmədiyi qədim dövrdə isə hər ikisini eyni cür sayırdılar. Təsadüfi deyil ki, ən qədim türk xalqlarından olan qırğızlarda durnaya həm turna, həm də karkır/kərkər adlandırırlar. Totemi durna olan zadəgan qırğız nəslinin adı da məhz Kırkır/Gerger – “hökmdar durna”sı ilə bağlı idi. Ərəb mənbələrində qırğızları məhz Xırxır adlandırlar. Qazaxlarda da Kırkır adlı çöl olmuşdur. Bunları ona görə xatırladım ki, bayrağında qarqar – hökmdar durna rəsmi olan qıpçaq-qarqarlar həm Orta Asiyada məşhur olmuş, həm də onların bir qolu qədim zamanlardan Qafqaz Albaniyasında yaşamış, məhz onların dili əsasında alban-qıpçaq yazısı formalaşmışdır. Qarqarları Sovet vaxtı saxtakarlıqla qafqazdilli tayfa elan etsələr də, bu iddia iflasa uğramışdır. Qarqar-qıpçaq tayfalarına Orta Asiyadan tutmuş Güney Azərbaycana qədər hər yerdə rast gəlinir.
Qafqaz albanlarının əcdadı olan iskitlərdə də durna kultu olmuşdur. Durnanın nəcib, aristokrat qoluna Ger (ger-ger/qarqar) dedikləri üçün bu tayfaları Avropaya Ger-man, yəni “hökmdar durna tayfası” kimi getdilər. Bu səbəbdəndir ki, Turna adını Qərb alimləri german tayfaları ilə bağlasalar da izahat verə bilmirlər. Çar iskitləri, hökmdar qanı daşıyan qarqarlar da ona görə Albaniyada hakim tayfa idilər və onların adını Azərbaycan türkləri yaşatmaqda idi – Xocavənddə Qarqar kəndi, Qarabağda Qarqar çayı, İrəvan yaxınlığında Gerger kəndi, Gədəbəydə Xerxer kəndi, İbn Xordadbəyin qeyd etdiyi Şabranda qədim Karkar şəhəri...Qərbi Azərbaycan rayonlarında, Borçalıda “qarqar” quşu ətli, iri xüsusi toyuq növünə şamil olunmaqla yaddaşlarda qalıb.
Təsadüfi deyil ki, Azərbaycan şairləri durnanı hər zaman tərənnüm ediblər.