vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
20:51 | 19 fevral 2025 | Çərşənbə Məqaləyə 86 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Problemlər davam edir”

Rusiya biznesi sanksiyaların azalacağını gözləmir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSSİ) sədri Aleksandr Şoxin bildirib ki, ABŞ-ın anti-Rusiya sanksiyalarını yumşaltması ehtimalına baxmayaraq, Avropa təzyiqləri davam etdirəcək.

Paytaxt Moskvada keçirilən tədbirdə çıxış edən Şoxin bildirib ki, Rusiya şirkətləri sanksiyalar təzyiqi ilə mübarizəni davam etdirir.

Qərb ölkələrinin 2014-cü ildən bəri Rusiya şirkətlərinə yeni texnologiyalarla bağlı məhdudiyyətlər tətbiq etdiyinə diqqət çəkən Şoxin, “Rusiyada bu təzyiqi ən çox hiss edən sektorlar yanacaq və enerjidir”, – deyib.

Rus şirkətlərinin də yeni bazarlara girməkdə çətinlik çəkdiyini izah edən Şohin, “Yalnız enerji sektorunda deyil, nəqliyyat, logistika və ödənişlərdə də problemlər davam edir”, – deyib.

Şoxin Rusiyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı proqnozunu da bölüşərək, “Amerikalılar onları yüngülləşdirə bilər, amma avropalılar təzyiqləri artıra bilər. Ona görə də 2025-ci ildə sanksiya təzyiqinin əhəmiyyətli dərəcədə azalacağını gözləməyə heç bir əsas yoxdur”, – deyib.

Qərb ölkələri Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı hərtərəfli sanksiyalar tətbiq etməyə başlasa da, son Rusiya-ABŞ danışıqları sayəsində Rusiya bazarları və rus rublu dəyər qazanıb.