
Sələfinin vəliəhdi
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Vatikanda amerikalı keşişlərin mövqeyi güclənib
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
Kardinallar Sikstin kapellasına qayıdıblar, 4 səsvermə keçiriləcək
Vatikan səsvermənin ilk turunda yeni Papa seçə bilməyib
Tarixində ilk dəfə ən çox bölünmüş katolik kilsəsində dramatik Konklav
Kilsə tarixində iz qoyacaq seçki başladı
Gizlilik andı alındı, seçki başladı
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
Vatikanın bacası quruldu, nəzərlər tüstüyə dikildi
Məşhur rejissor Skorseze mərhum Papa haqqında film çəkəcək
Papa öldü, avro sikkələr dəyər qazandı
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin səhhətinin kritik olaraq qalmasına baxmayaraq, cüzi yaxşılaşma olduğu bildirilir.
Vatikan, ayın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə 11 gündür Romadakı Gemelli Xəstəxanasında müalicə alan və orada ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı yazılı açıqlama verib.
Bəyanatda aşağıdakı məlumatlar yer alıb: “Papanın səhhətinin kritik olmasına baxmayaraq, cüzi yaxşılaşma müşahidə olunur. Bu gün astmaya bənzər tənəffüs tutmaları yox idi və bəzi laboratoriya testləri yaxşılaşdığını göstərdi. Yüngül böyrək çatışmazlığının təqibi narahatlığa səbəb deyil. O, oksigen dəstəyi almağa davam etsə də, hava axınının sürəti və faizi profilaktik olaraq bir qədər azalıb”.
Vatikanın bəyanatında Papanın günortadan sonra iş fəaliyyətinə davam etdiyi və adi bir gündə olduğu kimi axşam saatlarında Qəzzada kilsənin keşişi ilə danışdığı bildirilib.
Səhər saatlarında Vatikandan verilən açıqlamada Papanın gecəni sakit keçirdiyi, müalicələrinin səhər saatlarında davam etdiyi, ağrısının olmadığı və əhvalının yaxşı olduğu qeyd edilib.
Digər tərəfdən, Romada məskunlaşan kardinallar bu axşam Vatikanın dövlət katibi kardinal Pietro Parolinin rəhbərliyi ilə Vatikanın Müqəddəs Pyotr meydanında toplaşaraq Papanın sağlamlığı üçün dua ediblər.
***
Papa Fransisk fevralın 9-u və 12-də keçirilən iki ictimai tədbirdə çıxış edə bilməyib, bronxit olduğunu və nəfəs almaqda çətinlik çəkdiyini deyib və köməkçilərindən onun çıxışlarının mətnini oxumağı xahiş edib.
Fevralın 14-də Gemelli xəstəxanasına aparılan Papanın tənəffüs yollarında polimikrob infeksiyası olduğu bildirilib.
Vatikan fevralın 18-də Papanın ikitərəfli sətəlcəm xəstəliyinə tutulduğunu və onun klinik vəziyyətinin mürəkkəb olduğunu deyib.
Həkimləri fevralın 21-də verdikləri açıqlamada “o, xəstəlikdən tam xilas olmasa da, Papanın həyatı üçün təhlükə olmadığını” bildiriblər.
Fevralın 22-də astma tutması keçirən Papanın vəziyyətinin kritik olduğunu bildirib. Vatikan iki gün əvvəlki açıqlamasında "Papanın daha bir tənəffüs böhranı yaşamadığı, yüngül başlayan böyrək çatışmazlığı və burundan yüksək axınlı oksigen preparatları aldığı”, – bildirilib.
***
2013-cü ildən katoliklərin ruhani lideri olan Papa Fransisk ilk dəfə 2021-ci ildə Gemelli Xəstəxanasına yerləşdirilib və yoğun bağırsağından əməliyyat olunub.
Nəfəs darlığı və qarın divarına protez qoyulması əməliyyatı üçün eyni xəstəxanada iki dəfə daha müalicə olunan Papa, diz ağrıları səbəbindən son illər əlil arabasından istifadə edir.