

Vatikan: “Papa Fransis həyati təhlükəni geridə qoydu”
Vatikanda Papanın onu sevənlərə təşəkkür edən səs yazısı yayımlandı
Katoliklərin lideri Pasxa ayinini ötürməli olacaq
Papanın son sağlamlıq vəziyyəti açıqlanıb
“Tənəffüs vəziyyətinin qəfil pisləşməsi aspirasiyaya səbəb olub”
Vatikan: “Papanın səhhəti son 24 saatda bir qədər yaxşılaşıb”
Vatikan: “Papanın səhhəti kritik olaraq qalır, lakin ...”
Mürəkkəb ağciyər infeksiyası ilə əlaqədar böyrəyində kiçik ilkin pozğunluq meydana gəlib
Papanın vəziyyəti kritikdir, lakin ...
Papanın səhhəti kritik olaraq qalır
Roma Papası gələn həftəni də xəstəxanada keçirəcək
Papa Fransiskin sağlıq vəziyyəti açıqlandı
88 yaşlı Papanın bir müddət xəstəxanada qalacağı bildirilir
Fransisk bronxit müalicəsi üçün 5 gün həkim nəzarətində ola bilər
Roma Papası Fransisk dindarlardan üzr istəyib
Nəfəs almaqda çətinlik çəkən Papanın çıxışını köməkçisi tamamlayır
Vatikan, ayın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə 12 gündür Romadakı Gemelli Xəstəxanasında müalicə alan və orada ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada, “Papanın klinik vəziyyəti kritik, lakin stabildir. Kəskin tənəffüs böhranı yaşanmayıb və hemodinamik parametrlər stabil olaraq qalır. Axşam saatlarında ikitərəfli pnevmoniyanın radioloji təqibi üçün nəzarət kompüter tomoqrafiyası aparılıb. Xəstəliyin gedişi ilə bağlı proqnoz vermək mümkün deyil”, – deyilir.
Açıqlamada Papanın gün ərzində işini davam etdirdiyi də bildirilib. Vatikanın bu gün səhər verdiyi açıqlamada Papanın gecəni sakit keçirdiyi qeyd edilib.
Papa fevralın 14-dən xəstəxanada müalicə alır
Papa Fransisk fevralın 9-u və 12-də keçirilən iki ictimai tədbirdə çıxış edə bilməyib, bronxit olduğunu və nəfəs almaqda çətinlik çəkdiyini deyib və köməkçilərindən onun çıxışlarının mətnini oxumağı xahiş edib.
Fevralın 14-də Gemelli xəstəxanasına aparılan Papanın tənəffüs yollarında polimikrob infeksiyası olduğu bildirilib.
Vatikan fevralın 18-də Papanın ikitərəfli sətəlcəm xəstəliyinə tutulduğunu və onun klinik vəziyyətinin mürəkkəb mənzərə yaratdığını elan etdi.
Papanın həkimləri fevralın 21-də verdikləri açıqlamada Papa Fransiskin təhlükədən tam xilas olmasa da, onun həyatı üçün təhlükə olmadığını bildiriblər.
Fevralın 22-də astma tutması keçirən Papanın vəziyyətinin kritik olduğu bildirilirdi, Vatikan isə fevralın 23-də verdiyi açıqlamada “Papanın daha bir tənəffüs böhranı yaşamadığı, yüngül başlayan böyrək çatışmazlığı və burun vasitəsilə yüksək axınlı oksigen preparatları aldığı” bildirildi.
Vatikan dünən qeyd edib ki, Papa Fransiskin səhhətində vəziyyət kritik olaraq qalır, lakin bir qədər yaxşılaşma müşahidə olunub.
Son illər sağlamlıq problemləri artıb
2013-cü ildən katoliklərin ruhani lideri olan Papa Fransisk ilk dəfə 2021-ci ildə Gemelli Xəstəxanasına yerləşdirilib və yoğun bağırsağından əməliyyat olunub.
Papa sonuncu dəfə 2023-cü ildə Gemelli Xəstəxanasında bir dəfə nəfəs darlığı və bir dəfə də qarın divarına protez yerləşdirmək üçün əməliyyat olunaraq müalicə olunub.
Katolik ruhani lideri son illərdə diz ağrısı səbəbindən əlil arabasından istifadə edirdi.