vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
20:18 | 28 fevral 2025 | Cümə Məqaləyə 80 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Günahkarlar cavab verməlidir”

Qatar qəzasının ikinci ildönümü ilə əlaqədar etirazlar və tətillər səbəbindən Yunanıstanda həyat durdu

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Yunanıstanda iki il əvvəl 57 nəfərin həyatını itirdiyi qatar qəzasının ildönümü ilə əlaqədar ölkə daxilində keçirilən tətillər və etirazlar həyatı dayanma nöqtəsinə gətirib.

Paytaxt Afinanın Sintaqma meydanına toplaşan minlərlə insan “Ədalət istəyirik!” şüarları ilə hökumətə etiraz ediblər.

Afinada bir çox müəssisə qapılarını bağlayaraq qəzada yaxınlarını itirən ailələrin rəhbərlik etdiyi nümayişə dəstək verib.

Tətil çərçivəsində aviareyslər və qatar reysləri ləğv edilib, bərə reysləri dayandırılıb və ictimai nəqliyyatın fəaliyyəti xeyli azalıb. Ölkə daxilində və xaricdə 300-dən çox şəhərdə etiraz aksiyaları keçirilib.

***

Yunanıstanın ən böyük həmkarlar ittifaqı olan Ümumi Əmək Konfederasiyasının (GSEE) prezidenti Yannis Panaqopulos nümayişdəki çıxışında “Həqiqət tam üzə çıxarılmalı və məsul şəxslər nə qədər yüksək vəzifədə olsalar da, cavab verməlidirlər”, – deyib.

23 fevral 2023-cü ildə Yunanıstanın Tesaliya bölgəsindəki Tempi qəsəbəsində sərnişin qatarı ilə ticarət qatarı toqquşub, 57 nəfər həlak olub.

Qəza ilə bağlı aparılan araşdırmalar nəticəsində hazırlanan və dünən açıqlanan hesabatda qəzanın insan səhvi, kadr çatışmazlığı, dəmir yolu infrastrukturunun köhnəlməsi və lazımi səviyyədə hazırlanmaması səbəbindən baş verdiyi bildirilib.