vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TÜRK DÜNYASI  
19:24 | 10 aprel 2014 | Cümə axşamı Məqaləyə 1661 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Daha çox təmasda olmalıyıq və oluruq da»

Çavuşoğlu: «Tatar qardaşlarımızın hüquqları məsələsinə həssaslıqla yanaşırıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin Avropa İttifaqı işləri naziri Mövlud Çavuşoğlu Brüsseldə rəsmi səfərdədir. Avropa İttifaqının Qonşuluq və Genişlənmə siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşən Çavuşoğlu üzvlük danışıqlarının vəziyyəti ilə bağlı nikbin danışıb.

«Konkret addımlar islahatlar yolu ilə atılacaq. Bütün tərəfdaşlarımızla yol xəritəsi üzərində çalışırıq. 2014-cü il boyunca islahatlar həyata keçirməyə, bu ili islahat ili etməyə çalışacağıq. Bundan əlavə, Avropa İttifaqının da konkret addımlar atması lazımdır. Ümid edirik ki, bu il Avropa İttifaqına üzvlük danışıqlarının bütün fəsilləri açılacaq. May ayındakı Avropa Parlamenti seçkilərindən sonra da yeni addımlar atılacaq və bu günədək irəli sürülən pozitiv təşəbbüslər də davam etdiriləcək», - deyə o bildirib.

«Krım tatarlarının gələcəyi baxımından Türkiyənin Ukrayna və Rusiya arasında daha çox vasitəçilik etməsi lazımdırmı?» sualına nazir Çavuşoğlu belə cavab verib:

«Krım tatarlarının gələcəyi baxımından Türkiyənin vasitəçilik etməsi lazımdır və labüddür. Həm Ukrayna, həm də Rusiya ilə daha çox təmasda olmalıyıq və oluruq da. Bu mövzuda Avropa İttifaqı siyasətinin bu günədək effektiv olmadığını, uğursuz olduğunu görürük. Özləri də bunu qəbul edirlər. Afinada iştirak etdiyim xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə bu məsələ gündəliyə çıxarıldı və Türkiyənin üzərinə düşən rolun böyüklüyü bir neçə dəfə vurğulandı. Bundan əlavə, bu gün keçirdiyim görüşlərdə də bu haqda danışdıq. Biz Türkiyə olaraq Krım tatarlarının, tatar qardaşlarımızın hüquqlarının qorunması və onlara əlavə hüquqların verilməsi məsələsinə hər zaman həssaslıqla yanaşmışıq və yaxından izləmişik. Bu yöndə təmaslarımız da, diplomatik çalışmalarımız da davam etdirilməkdədir».