

Britaniya bombardmançılarını alman qırıcılarından qoruyan həmlə
Britaniya tanker insidentini cavabsız qoymayacaq
XX əsrin əvvəlləri, axşam saatları. Bir şotland fermer evinə qayıdırdı. Bataqlığın yanından keçərkən birdən kömək çağırışını eşitdi.
O, səsin gəldiyi istiqamətə qaçdı və palçıq içində çabalayan bir oğlanı gördü. Fermer qalın bir budaq kəsdi, ehtiyatla yaxınlaşdı və çarəsiz qalmış uşağa uzatdı.
Oğlan xilas oldu, lakin uzun müddət titrəyərək ağlamaqdan özünü saxlaya bilmədi.
– Gəl, evimə gedək, – fermer dedi. – Sakitləşməli və isinməlisən.
– Yox, yox, – oğlan başını yellədi, – məni atam gözləyir. O, yəqin ki, çox narahatdır.
O, xilaskarına təşəkkür edib qaçaraq uzaqlaşdı...
Ertəsi səhər fermerin evinin qarşısında cins atlarla qoşulmuş bir fayton dayandı. İçindən dəbdəbəli geyimli Randolf Henri Spenser adlı cənab düşdü və soruşdu:
– Dünən oğlumu xilas edən siz idiniz?
– Bəli, mən idim, – deyə fermer cavab verdi.
– Sizə nə qədər borcluyam?
– Məni incitməyin, xətrimə dəyməyin, cənab. Siz mənə heç nə borclu deyilsiniz. Mən sadəcə bir insan kimi etməli olduğumu etdim.
– Yox, mən bunu belə buraxa bilmərəm. Oğlum mənim üçün çox dəyərlidir. İstədiyiniz məbləği deyin, - qonaq israr etdi.
– Mən bu mövzuda daha danışmaq istəmirəm. Sağ olun, – deyərək fermer geri çevrildi.
Elə bu an qapıdan onun kiçik oğlu çıxdı.
– Bu sizin oğlunuzdur? – qonaq soruşdu.
– Bəli, - deyə fermer qürurla cavab verdi və oğlunun başını sığalladı.
– Gəlin belə edək. Mən oğlunuzu Londona aparım və onun təhsil haqqını tam ödəyim. Əgər o, atası kimi nəcib bir insan olarsa, nə siz, nə də mən bu qərardan peşman olmarıq.
... İllər keçdi. Fermerin oğlu məktəbi bitirdi, sonra tibb universitetində oxudu və bir gün bütün dünyada məşhur oldu. Onun adı Aleksandr Fleminq idi – penisilini kəşf edən alim.
İkinci Dünya Müharibəsi ərəfəsində London klinikalarından birinə ağır pnevmoniya diaqnozu ilə bir gənc gətirildi.
Sizcə, onu nə xilas etdi? Bəli, məhz Aleksandr Fleminqin kəşf etdiyi penisilin!
O gənc isə vaxtilə Fleminqə təhsil almağa imkan yaradan həmin nəcib cənabın oğlu idi.
Onun adı Uinston Çörçill idi – gələcəkdə Böyük Britaniyanın baş naziri olmuş şəxs.