vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜBHƏM  
17:54 | 3 mart 2025 | Bazar ertəsi Məqaləyə 193 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çörçil Ruzveldi fikrindən necə daşındırır?

Yaxud Maltadakı gəmidə taleyi həll olunan Avropa

XƏYAL

MÖVZU İLƏ ƏLAQƏLİ

1945-ci ilin fevralında Yalta konfransında Franklin Ruzvelt, Unston Çörçil və İosif Stalin görüşündə müzakirə olunan əsas məsələ müharibədən həmən sonra dünyada yalnız 3 ölkədə ağır silahların saxlanılması məsələsi olmalı idi. Təklif Ruzveltdən idi, Stalin bu planı dəstəkləyirdi. Onlar SSRİ, Britaniya və ABŞ-dan başqa, digər ölkələrdə daxili təhlükəsizliyi təmin etmək üçün sadəcə yüngül silahların (tapança və avtomat) saxlanmasının tərəfdarı idilər. Bütün növ ağır silah və zirehli texnikalar – raketlər, artilleriya, tank və digər ağır texnikalar qadağan edilməli idi.

Çörçil isə bu plana qarşı idi. Ruzvelt ABŞ-dan qoca qitəyə bu planla gəlmişdi. Yalta görüşündən əvvəl Çörçil və Ruzvelt bu planı Malta yaxınlığında gəmidə müzakirə edirlər.

Çörçil və Ruzvelt düz bir həftə yaxın Malta yaxınlığında gəmidə təkbətək bu məsələni müzakirə edir. Gəmidə demək olar ki, ikisi idi. Onlar bu müddət ərzində gəmidən (gəmi indi muzeyə çevrilib) kənara çıxmayıb elə orada da gecələyirdilər. Danışıqlar zamanı Çörçil Ruzvelti fikrindən çəkindirə bilir. Çörçilin arqumenti tutarlı idi. O, deyirdi ki, Stalin çətin ki, qoşunlarını Şərqi Avropadan çəkə.

Əgər bu plan baş tutsa, onda Qərbi Avropa – Fransa, Niderland, Belçika, Avstriya silahsız qalacaq və SSRİ sabah bizlə müharibəyə başlasa ağır silahı olmayan bu 4 ölkəni qısa bir vaxt ərzində işğal edib Böyük Britaniyanın bir neçə kilometrliyində olacaq. Yəni SSRİ ciddi təhlükəni Britaniyanın 30-40 kilometrliyində hiss edə biləcək. Çörçil deyirdi ki, müdafiəmizi Almaniya, Avstriya, Fransa, Niderland, Belçikadan qurmalıyıq və bu ölkələrdə də ağır silah olmalıdır.

ABŞ üçün isə SSRİ-təhlükəsi Britaniya ilə müqayisədə çox cüzi idi. Yəni aralarında Sakit okean var idi. Ona görə Ruzvelt asanlıqla bu təklifi irəli sürmüşdü. Çörçilin bu arqumentlərindən sonra, Ruzvelt bu planını Yaltatda masaya gətirməkdən imtina edir.

İndi baş verənlərə baxanda 80 il öncəki durum yada düşür.

Zelenski də Çörçil kimi Trampa (Ruzveltə) başa salmaq istəyir ki, sizin aranızda okean olduğuna görə belə rahat danışırsınız. Siz müdafiəni Ukraynadan qurmalısınız. Bizə təhlükəsizlik təminatı verib ordunuzu Ukraynaya gətirib rusun qarşısında sipər çəkməsəniz. Əks halda Putin gec-tez Britaniyanın qapılarına gəlib çıxacaq. Avropa da bunu anladığını görə Ukraynaya dəstək verir. Amma bu dəstək də kifayət qədər güclü olmalıdır. Bu məsələ “Ukraynaya ordu göndərə bilərik, Ukrayna 5 il ərzində Avropa Birliyinin üzv olacaq” vədləri ilə düzələn deyil.