

... Yaxud Üsküdarlı Bilgə Yusiflə və yunan balıqçı Stelyonun hekayəsi
Qızılbaş ordusunun qorxu saçan döyüşçüsü – Baba Xəlifə Qaramanlı
Yaxud Süleymaniyə məscidi, Səfəvi dövlətinin qiymətli daşları və xoş niyyətə qarşı təkəbbür
Meyiti 10 il basdırılmayan, Osmanlı imperiyasının sonuncu xəlifəsi
İp üzərində qitədən-qitəyə keçdi
Türklərin işi tarixi yaratmaq olub, yazmaq deyil
Ərdoğan: “Ruslar sazişə əməl etmədi, ...
Dünya mətbuatı Türkiyə Ordusunun əməliyyatını manşetlərə daşıdı
... və ya Türkiyədə seçki qabağı şərait
“Səbr edin, üstün olacaqsız” mesajının sahibi kimdir?
“Terror bıçağı” Türkiyənin sümüyünə dirəndi
“Qatilin hadisə yerinə ilk gələnlərdən biri olması ...”
Daha 21 nəfər saxlanılıb
Türkiyə daxili işlər naziri açıqlama yaydı
Dünyadan başsağlığı mesajları
Sonuncu teraktdan 2 ildən artıq vaxt keçmişdi
Azərbaycan tarix boyu qadına verilən dəyər və münasibət müxtəliflik kəsb edib. Bəzi ümumi məfhumlar onunla xüsusiləşdirilmişdir, misal üçün, böyüyüb boya başa çatdığmız torpağa “ana vətən, ana torpaq” demişik. Tariximizdə yüzlərlə qadın adını çəkmək olar ki, bu gün də onların adı çəkiləndə hər bir kişi ayağa qalxaraq onu ehtiramla yad edir.
Bu gün Sizlərə tariximizdə böyük xeyriyyəçi və Ana obrazı ilə qalan, lakin adı az-az çəkilən bir xanımı tanıtmaq istəyirəm.
Səfəvi şahı I Təhmasibin xanımı, Pərixan Sultan və şahzadə Süleyman Mirzənin Anası – Sultan Ağa xanım kimi tanınan Qədəməli Sultan xanım.
1547-ci ildə Şah Təhmasib ilə ailə quran Sultan Ağa xanım Osmanlı sarayından fərqli olaraq dövlət işlərinə qarışmayıb. Sultan Ağa xanım öz dövrünə görə çox savadlı qadın idi. O, övladlarını böyütmək və oxutmaqla yanaşı, gərgin saray həyatı keçirib və oğullarını Səfəvi taxtına yüksəltmək ambisiyaları olmayıb.
Dövlət işlərində daha fəal olan Şah İsmayılla Taclı bəyimin qızı, şah Təhmasibin ögey bacısı olan Məhinbanu sultan Banui Dövran Bilqüszamani ilə yaxşı münasibətləri olub.
Sultan Ağa xanım öz gözəlliyi ilə məşhur olmuş, xeyriyyə işləri ilə şöhrət qazanıb. O, Azərbaycanın Təbriz, Naxçıvan, Əhər və başqa şəhərlərində kasıb, ac və evsizlər üçün sığınacaqlar açıb.
Qeyd edim ki, Sultan Süleyman və Şah Təhmasib arasında münasibətlər normal sayılmırdı. Sultan Süleyman ona çox təzyiq edirdi lakin buna baxmayaraq Şah türk kimliyini önəmli sayırdı.
Osmanlı ordusunun Azərbaycana dördüncü yürüşü zamanı Şah Təhmasib əmir Həsən bəy Yüzbaşının Osmanlı ordusuna hücum etmək barədəki təklifinə şah razı olmayıb, “mən qəfildən onlara hücum edib, qanlarına bais ola bilmərəm”, – demişdi. Lakin Təbrizin osmanlı tərəfindən yandırılmasından sonra I Təhmasib Sultan Süleymana belə bir məktub göndərdi: “Mənə yazdığın “mən hər dəfə sənin məmləkətinə hücum etdimsə də, sən qarşıya çıxmadın və bizimlə bacarmağa qüvvəm çatmır” kimi yava sözlərinə qarşı bildirirəm ki, adlı-sanlı sultanlar və dünya xaqanları heç də mərdliyi, mərdanəliyi, igidliyi və müdrikliyi sənə şamil etmirlər, çünki sən heç vaxt igidlər səfindən olmamısan, müdirklik və mərdanəlik etməmisən, həmişə şədəbazlıq və atəşbazlıq edərək, üzü çadralı qadınlar kimi qala içərisində oturmusan və üç yüz min namərdi də meydanda məhbus vəziyyətində saxlayaraq, onların ətrafını zəncirləmisən. Şücaət və igidlik bizə böyük əcdadlarımızdan və atamızdan - Ulu Xaqan İsmayıldan miras qalıb!”
Öz sözünün sahibi olan I Təhmasib Qoyunçay yaxınlığındakı döyüşdə Osmanlılara ağır zərbə vurandan sonra diplomatik danışıqlar başlayır və bu işə Sultanın xanımı, o cümlədən tarixin ən ziddiyyətli xanımlarndan biri Hürrəm Sultan da qoşulur.
Xürrəm Sultan Səfəvi Şahı Təhmasibin həyat yoldaşı Qədəmli Sultan xanıma məktubunda yazır:
“Ərinizə deyin ki, bu savaşları dayandıraq və sülh olsun”.
Təhmasibin həyat yoldaşının, Şahbanunun Xürrəm Sultana cavabı çox orijinal olur: “Bizim ərlərimiz arvad sözünə baxmır. Yaxşı olardı ki, bu məktubu onun bacısına yönəldəsiniz”.
Osmanlı-Səfəvi münasibətlərinin XVI əsr tarixi barədə müasir tarixşünaslıqda belə bir fikir var ki, ilk Osmanlı-Səfəvi sülh müqaviləsi Səfəvilərin sülh üçün yalvarması olub. Lakin sülh üçün ilk müraciət Osmanlı tərəfindən olmuşdu. Hürrəm Sultanın məktubu da buna sübutdur.
Sultan Süleymanın vəziri sülh üçün Səfəvi sarayına gedib gəlirdi. 9 may 1555-ci ildə iki dövlət arasında ilk sülh müqaviləsi Amasyada imzalandı.
Sultan Ağa xanım 14 fevral 1596-cı ildə dünyasını dəyişib.