
CİHAT PAŞA
Elazığı bizim üçün çox dəyərli və əziz edən özəlliyi
Elazığı bizim üçün çox dəyərli və əziz edən özəlliyi
Kolumbiyada 6,5 bal gücündə zəlzələ baş verib
6.4 gücündə
6,1 bal gücündə təkanlardan sonra sunami xəbərdarlığı olmayıb
Böyükçəkməcə də 4 bal gücündə 2 təkan qeydə alınıb
Turistlər rezervasiyaları ləğv edirlər
Evbeya adasında fövqəladə vəziyyət elan edildi
Santorinidə yeni tədbirlər
Aralıq dənizində baş verən zəlzələ Yunanıstanı silkələdi
Təkanlar 3,8 bal gücündə olub
Sunami xəbərdarlığı edilib
4,2 bal gücündə
Dağıntılar və yaralılar var
Trafikdə ən çox vaxt itirilən şəhərlərin sıyahısı
15 nəfər haqqında həbs qətimkan qərarı verilib
Dəqiqlik ehtimalı bəzən 37, bəzənsə 16 faiz olur
Fəlakət və Fövqəladə Halların Departamentinin (AFAD) saytında yer alan məlumata görə, episentri İstanbulun Silivri sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 6,92 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Saat 12.49-da baş verən güclü zəlzələ Mərmərə bölgəsinin əksər bölgələrində hiss olunub.
***
Dəhşətli zəlzələ səbəbindən vətəndaşlar özlərini küçələrə atıblar. Şəhər əhalisi parklara, açıq ərazilərə toplaşıblar. Bağcılardakı camaat zəlzələdən sonra Bağcılar Milli Bağçasına gedib.
Beşiktaş Bebekdə baş verən zəlzələ ilə əlaqədar ətrafdakı mağaza və kafelərdəki vətəndaşlar küçələrə axışıb, mobil telefonları ilə yaxınlarına zəng ediblər.
İstanbul Hava Limanında sərnişinlər və işçilər də panika içində çölə çıxıblar. Taksim meydanındakı hotel və iş yerlərində çalışan işçilər zəlzələdən sonra meydanda gözləməyə başlayıb. Vətəndaşlar küçələrdə gözləməyə davam edir.
***
Zəlzələni qiymətləndirən İzmir Dokuz Eylül Universiteti (DEU) Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin (DAUM) direktoru və Mühəndislik Fakültəsi Geologiya mühəndisliyi bölümü professoru Həsən Sözbilir zəlzələni dəyərlədnirərkən deyib ki, itki ola bilər. Mütəxəssislər skan etməyə başlayıblar. Zəlzələnin intensivliyini nəzərə alsaq, sunami effekti gözləmirik. Yaxşı haldır ki, yeraltı təkanlar var. Zəlzələ Şimali Anadolu kənarında baş verib. Fay xəttinin hamısı yox, bir hissəsi qırılıb. Bir neçə saat ərzində alınan məlumatlara əsasalanaraq, harada və nə qədər qırıldığını daha yaxşı biləcəyik. Ucuz yola verdik, keçmiş olsun”.
***
Kocaeli Universiteti (KOÜ) Mühəndislik Fakültəsi Geofizika mühəndisliyi bölümü professoru Sərkan İrmak İstanbul sahillərində baş verən 6,2 bal gücündə zəlzələ ilə bağlı “Zəlzələnin dayaz dərinlikdə olması zəlzələnin xüsusilə zəif zəmində hiss edilmə ehtimalını artırdı”, – deyib.
Serkan İrmak İstanbulun Silivri sahillərində Mərmərə dənizində baş verən 6,2 bal gücündə zəlzələ ilə bağlı DHA müxbirinə telefonla danışıb. “Bu gün baş verən zəlzələ bizə mümkün böyük Mərmərə zəlzələsini xatırlatması baxımından əhəmiyyətlidir. Avropa Seysmoloji Mərkəzinin ilkin analiz nəticələrinə görə, zəlzələnin baş verdiyi yer 26 sentyabr 2019-cu il tarixində baş verən 5,8 bal gücündə zəlzələnin qərbində yerləşir. Bu, zəlzələnin Şimali Anadolu kənarında olma ehtimalının daha yüksək olduğunu göstərir, lakin zəlzələni qeydə alan müxtəlif disiplinlərdən məlumatların toplanması və zəlzələnin mənbə xüsusiyyətlərinin yenidən təhlili ilə bu şərhlərin dəqiqliyi artacaq.
Professor zədələnmiş binalara səlahiyyətlilərdə icazəsiz girmək qadağan olunmalıdır: “Təkanların dayaz dərinlikdə olması zəlzələnin xüsusilə pis zəmində hiss olunma ehtimalını artırdı. Bu zəlzələ nəticəsində pis zəmində yerləşən zəif dayanıqlı tikililərin zədələnməsi mümkündür. Məlumdur ki, bu cür zəlzələlər yaxınlıqdakı qırılma seqmentlərində gərginliyi artırır. Zəlzələlərin 5 bal gücündə davam etməsi ətrafdakı zəlzələlərə təsirini nəzərə alsaq, maqnituda fərqli ola bilər. Bu cür zəlzələlərdən sonra binalara səlahiyyətlilərdən icazəsiz girməmək lazımdır, vətəndaşlarımızın bələdiyyə və AFAD-ın verdiyi rəsmi açıqlamalara etibar etmələri vacibdir”.