
Yapon adalarından qaçış
1 illik zəlzələ planı 2 həftədə doldu
1 illik zəlzələ planı 2 həftədə doldu
Bu ölkədə tətil planlaşdıranlar ehtiyatlı olmalıdır
Tehran şərqində 5,5 bal gücündə təkanlar qeydə alınıb
Təkanlar Bodrumda hiss olunub
Elazığı bizim üçün çox dəyərli və əziz edən özəlliyi
Kolumbiyada 6,5 bal gücündə zəlzələ baş verib
6.4 gücündə
6,1 bal gücündə təkanlardan sonra sunami xəbərdarlığı olmayıb
Böyükçəkməcə də 4 bal gücündə 2 təkan qeydə alınıb
Turistlər rezervasiyaları ləğv edirlər
Evbeya adasında fövqəladə vəziyyət elan edildi
Santorinidə yeni tədbirlər
Aralıq dənizində baş verən zəlzələ Yunanıstanı silkələdi
Təkanlar 3,8 bal gücündə olub
Sunami xəbərdarlığı edilib
4,2 bal gücündə
İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ qorxuya səbəb olub. Bildirilir ki, 127 yeraltı təkan baş verib, insanlar qorxudan evlərinə girə bilməyib, gecəni çöldə keçirəcəklər.
Digər tərəfdən, zəlzələnin bölgədə gözlənilən böyük zəlzələnin xəbərçisi olub-olmayacağı da müzakirə olunur. Almaniyanın Potsdam şəhərində yerləşən Alman Yer Elmləri Araşdırma Mərkəzindən professor Marko Bohnhoff bu mövzuda fikirlərini bildirib.
***
Sözügedən zəlzələdən sonra iki ssenarinin varlığına diqqət çəkən Bohnhoff, bunlardan birincisinin 6,2 bal gücündə zəlzələnin “əsas zəlzələ” olma ehtimalı olduğunu və hazırda görülən və normal sayılan artçı təkanlar ilə seysmik aktivliyin tədricən azalacağını bildirib.
“İkinci ehtimal əslində daha böyük zəlzələnin baş verəcəyidir. Bu zəlzələnin maqnitudası 7,4-ə çata bilər. Bu, bölgədə gözlənilən böyük və güclü zəlzələnin baş verməsi olardı. Lakin bu iki ssenaridən hansının baş verəcəyini indi heç kim 100 faiz deyə bilməz”.
***
“6,2 bal gücündə zəlzələ ilə gərginlik şərqə, yəni İstanbula doğru artdı. Ona görə də İstanbula daha yaxın olan bölgədə zəlzələnin baş vermə ehtimalı indi daha yüksəkdir”, – deyən Bohnhoff, bununla belə, yaxın gələcəkdə böyük bir zəlzələnin olub-olmayacağının bilinmədiyini vurğuladı.
***
Bohnhoff, artçı təkanların da gözlənildiyini və yaxın bir neçə gün, hətta bir neçə həftə ərzində daha kiçik və orta güclü zəlzələlərin gözlənilə biləcəyini bildirib: “Lakin bunlar demək olar ki, həmişə əsas zəlzələdən kiçikdir. Ona görə də yəqin ki, onlar 5 baldan çox olmayacaq”.
Bohnhoff, 6 fevral zəlzələlərindən sonra verdiyi açıqlamada yaylalarda gərginliyin yenidən bölüşdürülməsinə işarə edərək, təəssüf ki, Türkiyə və ümumilikdə bu bölgə üçün təhlükənin keçmədiyi xəbərdarlığını edib. Alman ekspert qeyd edib ki, episentrdən şimal-şərqdə yeni zəlzələlər baş verə bilər.