
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
İranda 700 bank zülmətə qərq oldu
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ prezidenti Donald Tramp “Fox Business” telekanalına müsahibəsində İran lideri Ayətullah Əli Xameneiyə danışıqlar təklif edən məktub göndərdiyini açıqlayıb. İranın xarici işlər naziri Abbas Araqçi AFP-yə deyib ki, prezident Donald Tramp “maksimum təzyiq” siyasətini həyata keçirməyə davam etdiyi müddətcə İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqları bərpa etməyəcək.
ABŞ prezidenti Donald Tramp “Fox Business Network”ə açıqlamasında dünən İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək, İranın nüvə proqramı ilə bağlı razılaşmaya üstünlük verdiyini vurğulayıb.
“İran danışıqlara getməsə, bu, onlar üçün çox yaxşı olmayacaq. İranın nüvə silahı ola bilməz. Başqa variantlar da var”, – Tramp deyib.
***
ABŞ prezidenti ötən ay demişdi ki, İran nüvə silahına malik olmamalıdır və İranın üstünlüyünün böyüməsinə və inkişaf etməsinə imkan verəcək nüvə sazişi olmasıdır.
Müqavilə üzərində işlərin dərhal başlaması lazım olduğunu vurğulayan Tramp, “Müqavilə imzalanıb tamamlandıqda, Yaxın Şərqdə böyük bir bayram keçirməliyik. Allah Yaxın Şərqi qorusun”, – deyib.
***
Ağ Evdə keçirilən imzalanma mərasimində “İrana maksimum təzyiq” siyasətini canlandıracaq sərəncamı imzalayan Tramp bu qərardan məmnun olmadığını, lakin “İrana qarşı sərt olmaq” məcburiyyətində olduğunu bildirib.
Tramp prezidentliyi dövründə İranın heç vaxt nüvə silahına sahib olmayacağını müdafiə edərək, İranla razılaşmanın mümkün olub-olmadığını görəcəklərini, lakin lazım olan hər şeyi edəcəklərini bildirib.
***
İranın xarici işlər naziri Abbas Araqçı AFP-yə bildirib ki, “ABŞ maksimum təzyiq siyasətlərini və təhdidlərini davam etdirdikcə, biz onlarla birbaşa danışıqlara girməyəcəyik”, – deyib.
İranın nüvə proqramının hərbi hücumla məhv edilə bilməyəcəyini ifadə edən Araqçı, “İranın nüvə proqramı hərbi əməliyyatlarla məhv edilə bilməz. Bu bizim əldə etdiyimiz bir texnologiyadır və bu texnologiya beyinlərdədir, onu bombalamaq olmaz”, – deyib. Xarici işlər naziri əlavə edib ki, İsrailin İrana mümkün hücumu Yaxın Şərqi alovlanmaya çevirəcək.