vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
19:18 | 12 aprel 2014 | Şənbə Məqaləyə 1691 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azəriqaz» qaz vurub..., «plan doldurur»

«Ötən il 1 milyard kubmetrdən çox itki olub»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ötən il ölkə üzrə qaz itkisi 1 milyard kubmetrdən çox olub». Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.

Hüquq müdafiəçisi dedi ki, rəhbərlik etdiyi təşkilat qaz itkisi ilə bağlı araşdırmanı başa çatdırıb: «Təəssüf ki, qaz itkisinin həcmi azalmır. Bu ilin birinci yarısında qaz itkisi 195 milyon kubmetr - fevralda 165 milyon kubmetr, martda isə 145 milyon kubmetr təşkil edib».

M.Qəhrəmanlı qeyd etdi ki, «Azəriqaz» İstehsalat Birliyi uzrə illik itki norması 6 faizdir. Bu isə ildə 315 milyon kubmetr qaz deməkdir: «Ancaq bu il hələ cəmi ilk üç ay ərzində «Azəriqaz»da artıq 495 milyon kubmetr qaz itkisi olub. «Azəriqaz» bu ilin birinci rübündə normadan artıq 180 milyon kubmetr qaz itkisinə yol verib. Əhalinin «mavi yanacaq»dan istifadə üzrə ödənişləri isə 90 faiz olub. Bu itkilərə birbaşa cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin rəhbərliyi, konkret olaraq qurumun istismar və satış şöbəsidir».