vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ENERGETİKA  
18:04 | 18 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 3205 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əhaliyə verilən qazın tərkibinə hava vurulur?

Ekspert hiddətləndi, «Azəriqaz» açıqlama verdi

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Azərbaycanda istehlakçılara satılan qazın tərkibinin təmiz olmadığını, hətta mavi yanacağın tərkibinə havanın xüsusi aparat vasitəsilə hava vurulduğu iddiasındadır.

«Sayğacımız havanı da pul kimi qeyd edir»


M.Qəhrəmanlı aparatın fotosunu paylaşaraq bu şərhi verib: «İslehlakçının qənimi, bir çox Regional Qaz İstismar İdarəsi rəisinin dostu... Bu qurğu vasitəsilə qaz kəmərlərinə hava vurulur. O hava ki, mənzillərimizdəki qaz qurğularının forsunkalarından çıxır və havanı da sayğacımız pul kimi qeyd edir», - deyə Mirvari Qəhrəmanlı bildirib.


«Qazın tərkibinə hava vurulsa, bütün borular partlayar»


«Azəriqaz» Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov Modern.az-a səsləndirilən fikirlərin yalan olduğunu deyib:

«Yalan məlumatlar yayıb insanlar arasında ajiotaj yaratmaq olmaz. Hər sahənin öz mütəxəssisi var. Mən Mirvari Qəhrəmanlının hansı sənət sahibi olduğunu bilmirəm. Nəzərə alın ki, bir insan orqanizminin xəstəlikləri üçün 30-40 həkim fəaliyyət göstərir. Pediatr uşaq xəstəliklərilə, kardioloq ürək xəstəliklərilə, stomotoloq göz xəstəliklərilə məşğuldur və s. Heç bir həkim də başqa sahəyə müdaxilə etmir. Mən 48 il bu sahəyə can qoymuşam, 2 universitet bitirmişəm. Hər halda səhvə yol vermərəm. Dəfələrlə demişəm ki, əhaliyə verilən qazın tərkibinə hava vurulması xəbərlərini tirajlayıb, insanları çaşdırmasınlar. Axı bu absurd fikirdir. Əgər abonentlərə verilən qazın tərkibinə hava vurulsa, boruda partlayış baş verər. Onda gərək bütün qaz kəmərləri partlasın. Azərbaycanda boruların uzunluğu təxminən 10 min kilometrə çatır. Elektorkimyəvi korroziyaya məruz qalan borular yenilənəndə qaynaq birləşmələri daha yüksək təzyiqlə yoxlanmalıdır. Əgər boru 3 atmosfer qaz daşıyacaqsa, ona 4, 5 atmosfer təzyiq vurulur. Yoxlama bitdikdən sonra havanı atmosferə buraxırlar. Yekunda boruda qalan hava vətəndaşların qaz cihazlarından çıxır. Bunu bütün mütəxəssislər təsdiq edə bilər. İndi kimin kimdən xoşu gəlmirsə, onla bağlı yalan uydurmaq düzgün deyil. Mən bu cür yalanı təsdiq edə bilmərəm və istənilən adamla da bu barədə debata çıxmağa hazıram». 

N.Qasımov mənzillərdə istifadə edilən qazın müxtəlif rənglərdə yanması məsələsinə də aydınlıq gətirib:

«1 kubmetr qazın yanması üçün 9, 5 kubmetr hava lazımdır. Dediyiniz göyqurşağı rənglərinin yaranması qaz cihazları ilə bağlıdır. Əgər orda hava çatışmazlığı varsa, yanan qazın rəngi qırmızı olacaq. Əgər hava artıqdırsa, orada qaz pırıldayıb sönəcək. Qazın düzgün yanması qaz cihazlarının sazlığından daha çox asılıdır. Bunu mütəxəssis olanlar bilir. Mütəxəssis olmayanlar da ağlına gələni danışır. Adi mətbəxi süpürən zaman yuxarı qalxan toz qazla qarışanda qaz qırmızı rəngdə yanmağa başlayır.

Axı dövlətin nə marağı var ki, zəhəri qatıb əhaliyə satsın? Gürcüstanın 93,4 faiz qazını Azərbaycan təmin edir. Gürcülər yəni o qədər axmaqdılar ki, bizim zəhərli qazı alırlar? Bu qaz 7 kilometr dərinlikdən çıxarılır və borular vasitəsilə ötürülür. Bunu kim ayırır ki, gürcülərə keyfiyyətli qaz verilsin, öz vətəndaşlarımıza keyfiyyətsiz?!

Mən dediyim sözlərə tam məsuliyyətimlə cavabdehəm. Əgər abonentlərin qazla bağlı problemi varsa, «Azəriqaz»ın 104 qəza xidmətinə, yaxud 185 qaynar xəttinə müraciət etsinlər. Bir də xahiş edirəm ki, insanlar yeni qaz cihazları alarkən onun quraşdırılması zamanı «Azəriqaz»ın işçilərinə, mütəxəssislərinə müraciət etsinlər».

 

«Azərbaycanda əhaliyə verilən qaz standarta uyğundur»


«Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev də Moderna.az-a açıqlamasında bu iddiaları cavablandırıb.

O deyib ki, qazın tərkibi dövlət standartı ilə tənzimlənir: «Qazın tərkibi 554287 nömrəli dövlət standartı ilə tənzimlənir. Qazın tərkibinə hava vurulmasından söhbət gedə bilməz. İstehlakçılara verilən qazın tərkibi tam təmzidir».

İ.Kərbalayev deyib ki, müzakirəyə çıxarılan aparatla bağlı məlumatsızdır.