vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
PROBLEM  
23:06 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 3103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azəriqaz» and-aman edir ki, ...

Təbii qazın verilişində niyə tez-tez fasilələr yaranır?

Nərgiz LİFTİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər tez-tez Bakının mərkəzi rayonlarında təbii qazın verilişində fasilələr yaranır. Bir çox hallarda bu fasilələr gün boyu davam edir. Redaksiyamıza daxil olan şikayətlərdən biri də axşam saatlarında mənzillərə paylanan təbii qazın təzyiqinin azaldılmasıdır.

«Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin «Yeni Müsavat»a dediyinə görə, buna səbəb bəzi rayonların qaz təminatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın təmin edilməsi üçün daxili qaz şəbəkəsində aparılan təmir işləridir: «Hazırda qaz xətlərindən qaz sızmasının qarşısının alınması, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması istiqamətində iş aparılır. Bakının Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarında, o cümlədən Abşeron rayonunun Masazır qəsəbəsində qaz təchizatında fasilələr gözlənilir. Aparılacaq işlər Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, eləcə də Xətai rayonunun bir küçəsi, o cümlədən Gəncə prospekti və Zığ yolu adlanan ərazinin bir hissəsinə təsir göstərəcək. Görüləcək işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi bərpa ediləcək. Bununla əlaqədar «Azəriqaz» İstehsalat Birliyi bütün istehlakçılarında təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki-təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir».

İbrahim Kərbalayev onu da bildirib ki, soyuq hava ilə bağlı «Azəriqaz» İstehsalat Birliyi bir çox işləri təxirə salıb, indi isə hava şəraiti normala döndüyündən həmin işlərin icrasına başlanılıb: «Əvvəlcədən planlı işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Amma havaların qarlı keçməsinə görə bütün planlaşdırılan işlər tərəfimizdən təxirə salınıb, indi həmin işlər davam etdirilir. Çünki Bakı və Abşeron qaz təchizatı şəbəkəsinin xeyli hissəsi SSRİ dən 60-70-ci illərdən qalan şəbəkədən ibarətdir. «Azəriqaz» 2009-2016-cı illər ərzində min kilometrlərlə qaz xəttini yeniləyib və təmir edib. Hansısa ərazidə təhlükə yaradacaq hissələr qeydə alınırsa, bizim tərəfimizdən yenilənir və təhlükə aradan qaldırılır».

Axşam saatlarında qazın təzyiqinin azalmasına gəlincə, İbrahim Kərbəlayev bunun doğru olmadığını bildirdi. Qeyd edək ki, yayılan məlumatlara görə, «Azəriqaz» rəhbərliyi yerli qaz idarəsi rəhbərlərinə tapşırıq verib ki, axşam saatlarında qazın təzyiqi azaldılsın. Bu isə əhalinin məişətinə mənfi təsir edir.

İbrahim Kərbəlayev abonentlərə bu kimi hallarda qaynar xəttə zəng etməyi tövsiyə etdi: «Bu deyilənlər doğru deyil. Əgər hansısa ərazidə axşam saatlarında qazın təzyiqinin azalması və ya kəsilməsi müşahidə olunursa, fərdi qaydada qaynar xəttə və çağrı mərkəzinə müraciət etsinlər, ünvanı bildirsinlər, əməkdaşlarımız tərəfindən həmin əraziyə baxış keçirilsin, yerindəcə araşdırma aparılsın».