vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜBHƏM  
00:16 | 12 mart 2025 | Çərşənbə Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zəncirlənmiş qadın skeleti

1500 il əvvələ aid tapıntılar həddindən artıq asketizmi ortaya çıxarıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Yerusəlim yaxınlığında aşkarlanan 1500 illik zəncirlənmiş insan qalıqlarının kişiyə deyil, qadına aid olduğu ortaya çıxıb. Tədqiqatçılar deyirlər ki, tapıntılar dini asketizmin daha ekstremal formalarının qadınlar tərəfindən də nümayiş etdirildiyini sübut edir.

Bölgədəki İçəri şəhərdən təxminən 3 kilometr aralıda yerləşən Bizans monastırında aparılan qazıntılar zamanı çoxlu kişi, qadın və uşaq skeleti aşkar edilib. Qəbirlərdən birində zəncirlə bağlanmış şəxsə aid sümüklər tapılarkən, İsrail Qədim Əsərlər İdarəsi iki il əvvəl həmin şəxsin kişi olduğunu açıqlamışdı.

Lakin “Journal of Archaeological Science: Reports” jurnalında dərc edilmiş yeni bir məqalə bunun əksini göstərir.

Xristianlıq eramızın 380-ci ildə Roma İmperiyasının rəsmi dini olması ilə birlikdə bütün fiziki həzlərdən uzaq durmağı hədəfləyən zahidlik bütün Avropa və Yaxın Şərqdə də yayılmışdı. Daha ekstremal formalarda fərdlər özlərini zəncirləyib cəzalandırırdılar.

Tədqiqatın həmmüəllifləri Zubair Adavi və Kfir Arbiv rahiblərin bədənlərinə zərər verdiyini güman edirlər.

Təsvir edilən işgəncə formalarına uzun müddətli oruc tutmaq, bədənə dəmir zəncir və müxtəlif aksesuarlar bağlamaq, bədəni qayalara bağlamaq, ağır yüklər yükləmək, ayaq üstə durmağa və oyaq qalmağa məcbur edən bir cihaza yerləşdirmək və özünü dar bir məkanda saxlamaq daxildir.

Qadınların da asketizm hərəkətləri etdiyi bilinsə də, onların oruc tutmaq və meditasiya kimi daha yumşaq üsulları mənimsədikləri düşünülürdü.

İçəri şəhərdə məzarda tapılan şəxsin qalıqlarını tədqiq edən alimlər bunun belə olmaya biləcəyini göstəriblər.

Tədqiqatçılar diş qalıqlarından istifadə edərək onun cinsini təyin etməyə çalışdılar, çünki eramızın 5-ci əsrinə aid sümüklər çox yaxşı qorunmur.

Bu nümunələrdə komanda mina inkişafında iştirak edən bir “X” xromosom geni aşkar edib, lakin eyni vəzifəni yerinə yetirən “Y” xromosom geni deyil. Bu, məzardakı şəxsin yalnız “X” xromosomuna malik qadın olduğunu göstərir.

“Bu, Bizansın özünə işgəncə rituallarının təkcə kişilər tərəfindən deyil, həm də qadınlar tərəfindən həyata keçirildiyinə dair ilk sübutdur”, – deyə alimlər məqalədə yazır.

“Weizmann” Elm İnstitutundan tədqiqatın başqa bir müəllifi Elizabetta Boretto, “Zəncirlər, yəqin ki, qadının asket şəxsiyyətinin ayrılmaz hissəsi kimi görülüb. Onun asket həyatına hörmət və ruhani sədaqətinin ölümündən sonra da tanınmağa davam etməsini təmin etmək məqsədi daşıyırdı”.

Tədqiqatçılar qadının kilsə qurbangahının altında onun üçün ayrılmış qəbirdə dəfn edildiyini deyirlər.

İsrail Qədim Əşyalar İdarəsindən David Amit Rim deyir ki, kişilərin üstünlük təşkil etdiyi bu cür hərəkətləri həyata keçirmək istəyən qadınlar bəzən kişi qiyafəsinə girə bilirdilər.