vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 20 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVROPA  
07:22 | 20 mart 2025 | Cümə axşamı Məqaləyə 24 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milyonlarla insan narazıdır

Fransa odun sobalarını qadağan edəcək

XALİDƏ

Fransa hökumətinin 2026-cı ilə qədər odun sobalarını qadağan etmək qərarı ölkədə milyonlarla vətəndaşı qəzəbləndirib. Səbəb kimi ətraf mühitə təsirlər göstərilsə də, vətəndaşlar qənaətli isitmə alternativlərinin yetərli olmadığını əsas gətirərək qərara etiraz edirlər.

Fransada sərt qış ayları ilə əlaqədar milyonlarla insan istilik üçün iqtisadi üsul kimi odun sobalarını seçirdi. Son illərdə elektrik və qaz qiymətlərinin artması ilə odun sobaları bir çox ailələr üçün sərfəli seçim halına gəlmişdi.

Lakin hökumət bu üsulun ətraf mühitə vurduğu ziyana görə qadağan etmək qərarına gəlib. Səlahiyyətlilər odun yandırmağın yüksək karbon emissiyasına səbəb olduğunu və bu qadağanın hava çirkliliyini azaltmaq məqsədi daşıdığını bildirib.

***

Mütəxəssislər bildirirlər ki, odun sobalarının yerinə daha ekoloji cəhətdən təmiz alternativlərdən istifadə etmək olar. Biokütlə ilə işləyən qazanlar və daha müasir yanacaq sistemləri təklif olunan həllər arasındadır. Bundan əlavə, daha az zərərli pelet sobaları və yüksək səmərəli istilik sistemləri də təşviq edilir. Amma bu alternativlər baha başa gəlir və sıravi vətəndaşın büdcəsinə uyğun deyil.

Bir çox Fransa vətəndaşları bu qadağaya görə böyük maddi itkilərə məruz qalacaqlarına və sərfəli istilik metodu tapmaqda çətinlik çəkəcəklərinə bildirirlər.