

FED faiz dərəcələrini sabit saxladı
... Yaxud Şərin qələbəsinə xidmət edən şəhər
Avropa Birliyi ABŞ, Böyük Britaniya və Türkiyəni müdafiə fondundan kənarlaşdıracaq
Honq-Konq firmasının ABŞ şirkətləri ilə liman razılaşması Pekini qəzəbləndirdi
Kennedi sənədlərində maraqlı məlumatlar
... Yaxud “Bazarı bağlanan” “USAID-lər” və əl-ayağa düşən tör-töküntüləri
ABŞ hakimi Trampın transseksual hərbçilərlə bağlı qadağasını dayandırıb
Rusiya – Ukrayna müharibəsi. atəşkəs, yoxsa sülh?
“Moskva Vaşinqtonla yaxşı münasibət qurmaq istəyir”
Ağlı başında olan adam bu şərtlərə razı olmamalıdır
Tramp administrasiyası avropalı tərəfdaşların öz müdafiələri üçün məsuliyyət daşımasını istəyir
Tehran Bakıya proksi müharibədən və İrəvana dəstəkdən məhrum edilir
... Yaxud Dünyanın yenidən bölünməsində yeni mərhələ?
ABŞ-ın keçmiş prezidenti Kennedinin qətli ilə bağlı 1123 sənəd yayılıb
Husilər: “İndi hər şey mümkündür”
ABŞ mətbuatının yazdığına görə, Tramp və Putin arasında görüş “məhsuldar” olub
ABŞ-ın “Axios” nəşri xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İranın dini rəhbəri Əli Xameneyiyə yazdığı məktubla bağlı yeni təfərrüatlar ortaya çıxıb. ABŞ prezidenti fars-molla rejiminin liderinə məktubunda yeni nüvə razılaşması üçün möhlət verdiyi iddia edilib.
“Axios”a danışan mənbələr məktubu “sərt” adlandırıb və Trampın İrana yeni nüvə razılaşmasına nail olmaq üçün iki ay vaxt verdiyini qeyd edib.
Mənbələr, Trampın İranın razılaşma üçün danışıqlara razı olmadığı təqdirdə “nəticələri” barədə xəbərdarlıq etdiyini və Ağ Evin məktubun çatdırılmasından əvvəl İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələri məktubun məzmunu ilə bağlı məlumatlandırdığını bildirib.
***
Martın 7-də “Fox Business Network”ə müsahibə verən Tramp İran lideri Əli Xameneyiyə məktub göndərdiyini açıqlamışdı.
“Mən onlara məktub yazdım, ümid edirəm ki, danışıqlar aparacaqsınız, çünki hərbi yolla girməli olsaq, bu, dəhşətli bir şey olacaq”, – deyə Tramp bildirib.
Xameneyi martın 8-də etdiyi çıxışda ABŞ-ın danışıqlar tələbi ilə problemləri həll etmək deyil, öz tələblərini irəli sürmək və hökmranlıq qurmaq istədiyini və İranın bunu qəbul etməyəcəyini bildirib.
Birləşmiş Ərəb Əmirlikləri prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş martın 12-də İranın paytaxtı Tehranda İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşüb və Trampın Xameneyiyə ünvanladığı məktubu çatdırıb.