vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ENERGETİKA  
12:28 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qazaxıstan daha aktivdir

Təşəbbüs bizdən olsa da, Astana daha çox faydalanmaq istəyir

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

“TransXəzər” sualtı fiber optik xətt layihəsi əslində Azərbaycanın təşəbbüsüdür. 2019-cu ildə “AzerTelecom” şirkəti bu təşəbbüsü irəli sürərək, Rəqəmsal İpək Yolunun tərkib hissəsi olan, Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistanı birləşdirəcək “TransXəzər” rabitə xəttinin çəkilməsinə start verib.

Hökumətlərarası müqavilələr imzalanıb, sualtı xətti çəkəcək podratçılar müəyyənləşib və layihənin texniki hazırlıqları başa çatıb.

Yəni daha çox əziyyət və daha çox işlər Azərbaycan tərəfdən reallaşırdı. Qazaxıstan tərəfdə baş verənlər isə layihənin bir müddət ləngiməsinə də səbəb olmuşdu.

Lakin, bu gün görünən odur ki, Qazaxıstan bu layihədən daha çox bəhrələnmək üçün daha fəal addımlar atır.

Məhz “TransXəzər” xəttinin potensialını nəzərə alaraq, Qazaxıstan nəhəng bir Data Mərkəzin inşası üçün böyük bir layihəyə start verib.

Sinqapurdan olan “GK Hyperscale Ltd” şirkəti ilə təxminən 1.4 milyard dollar investisiya razılaşması imzalanıb. Qazaxıstan bu Mərkəz hazır olanda  “Microsoft”, “Google”, “Amazon” kimi qlobal texnoloji nəhəngləri, süni intellekt sahəsində çalışan qlobal şirkətləri ölkəsinə cəlb etməyi planlaşdırır.

Bu nəhəng rəqəm, 1.4 milyard dollar regionda rəqəmsal sektorda oxşarı olmayan bir investisiyadır.

Belə böyükmiqyaslı layihə regionda nadir haldır və Qazaxıstanı regionun rəqəmsal mərkəzinə çevirməyi hədəfləyir. Layihənin birinci mərhələsi 2027-ci ildə, 2030-cu ildə isə tam istifadəyə veriləcək.

Azərbaycan isə öz təşəbbüsü olan bu layihədə daha fəal ola bilərdi. “TransXəzər” xətti yalnız rabitə yolu deyil, həm də rəqəmsal iqtisadiyyatın və innovasiyaalrın inkişafı üçün böyük fürsətdir. Rəqəmsal infrastrukturun inkişafı və qlobal texnoloji şirkətlərin cəlb edilməsi bölgədəki rəqabət qabiliyyətini artırmaq üçün çox vacibdir.