vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AKTUAL  
13:28 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 24 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Antitürk qüvvələrin projesi

İmamoğlu milli adam deyil, türklük vizyonu yoxdur

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

İstanbul Böyükşəhər bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu saxlanılıb. O, “cinayət təşkilatı yaratmaq, rüşvət almaq, dələduzluq” kimi ağır cinayətlərdə ittiham olunur.

İmamoğlunun həbs olunması, əlbəttə ki, yaxşı hal deyil. Lakin bu həbsin əsas məqsədi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin müavini İlhan Üzgelin də iddia etdiyi kimi həqiqətən də İmamoğlunun qarşıdakı prezident seçkilərində CHP-dən namizəd olmasının qarşısını almaqdırsa, o zaman bu həbsə normal baxmaq və hətta dəstəkləmək də olar. Çünki İmamoğlu türk millətinin maraqlarının müdafiəçisi yox, antitürk qüvvələrin projesidir.

Ərdoğandan sonra İmamoğlu Türkiyənin prezidenti olarsa, Türkiyənin son illərdə xarici siyasət, hərbi sənaye, iqtisadi yüksəliş istiqamətlərində əldə etdiyi bütün uğurlar əldən gedəcək və Türkiyə yenidən ABŞ və İsrailin yedəyində gedən, suverenliyi sarsılmış bir dövlətə çevriləcək. İmamoğlunun dönəmində Türkiyə həmçinin Türk dünyası ilə daha sıx inteqrasiyadan da geri çəkiləcək və Türk Birliyi ideyası rəfə qaldırılacaq.

Çünki İmamoğlu milli adam deyil, türklük vizyonu yoxdur. O, nə Turana can atmır, nədəki İsrailin Qəzzadakı vəhşiliklərinə sərt etirazını bildirmir. Bir sözlə, Ə.İmamoğlu hazırda ABŞ-da və Avropada siyasi iflasa uğramaqda olan liberal-qlobalistlərin Türkiyədəki uzantısıdır.

Əfsuslar olsun ki, Atatürkün partiyası olan CHP son onilliklərdə Türkiyənin və Türk dünyasının maraqlarının qatı müdafiəçisi ola biləcək böyük liderlər yetirə, yetişdirə bilmir. Dəniz Baykal, Kamal Kılıcdaroğlu, Özgür Özəl, Əkrəm İmamoğlu kimi kosmopolit libiberallarla CHP heç vaxt bütün Türk dünyasının maraqlarının müdafiəçisinə çevrilə bilməz. Onları Atatürkün layiqli davamçıları hesab etmək mümkün deyil.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)