vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TÜRK DÜNYASI  
23:16 | 17 fevral 2025 | Bazar ertəsi Məqaləyə 139 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Real gücə çevrilmək fürsəti

Türk liderlərin təcili Zirvə toplantısı keçiriləcəkmi?

Bəybala MİRZƏYEV

Münhen konfransının zəlzələyə bənzər nəticələri, ABŞ vitse-prezidenti Ceyms Di Vensin Avropa demokratiyasını sərt tənqid etməsi, Trampın brutal addımları və onun Rusiya-Ukrayna müharibəsini Putinlə ikilikdə (Ukraynasız və Avropasız) danışıb bitirmək qərarı Avropa liderlərini hərəkətə gətirdi.

Onlar Parisdə təcili toplantı keçirirlər. Avropanın nə etməli olduğunu və dünyanın gələcəyini müzakirə edirlər. Və fevralın sonunda yenidən bir araya gələcəklər.

Bəs, Türk dövlətlərinin sürətlə dəyişən qlobal proseslərə münasibəti necədir? Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderləri də Avropa İttifaqının liderləri kimi təcili bir araya gəlməyi planlaşdırırlarmı?

Axı Tramp-Putin razılaşmaları və Ukrayna ilə bağlı qəbul ediləcək qərarlar Türk dünyası üçün də yeni çağırışların və yeni reallıqların meydana gəlməsinə səbəb ola bilər. Ona görə də TDT liderləri bundan sonra ildə bir-iki dəfə yox, tez-tez bir araya gəlməli, yeni gəlişmələri operativ dəyərləndirməli və duruma uyğun adekvat qərarlar qəbul etməlidirlər.

Bir sözlə, Tramp-Putin sövdələşmələri Avropanın birliyini gücləndirdiyi kimi Türk birliyinin də real gücə, qlobal aktora çevrilməsinə təkan verməlidir.

Moskvanın yaratdığı MDB kimi, KTMT kimi formal birliklər artıq öz ömrünü başa vurub. İndi türk dövlətləri hiper aktiv olmalı və məhz TDT-nı real gücə çevirməlidirlər. Bu, bir tarixi fürsətdir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)