

Novruzun ilk çərşənbəsi bu dəfə tarixin güzgü ilə bölündüyü günə tən gəlib
Torpağın köksündən bahar cücərtiləri çırtdayır
Dəniz kənarında bayram şənliyi keçiriləcək
İlaxır çərşənbələrdən birincisi
4 faizlik endirim də bu yandan
Azərbaycan Su çərşənbəsini qeyd edilir
500-dək dustaq Novruz bayramını evində keçirə bilər
İranlı turistlər Novruz bayramında niyə Azərbaycanı seçdi?
Vahid Əhmədov: «Qiymətlərin qalxması faktdır»
İlham Əliyev: «Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb»
Novruzun savabı minillər adladaraq bu günümüzə çatdırdığı dualardadır
Maliyyələşmə başa çatıb
Bahar gəlir
Komissiyanın iclası keçirilib
Prezident Azərbaycan xalqını təbrik etdi
Çalışın gün ərzində yaxşı sözlər işlədəsiniz, çünki qapınızı pusan ola bilər
Atalı-analı illərimdə, özümü bildim biləli Novruz Bayramını əsil Axır Çərşənbədə ehtişamlı qeyd edərdik. Onlar bu bayramı belə bilirdilər, çünki doğulduqları torpaqlarda əsl şadyanalıq, baca-bacalar, xurcun atmalar məhz dördüncü çərşənbədə olurdu. Oxumaq üçün gəldikləri Bakıda da o ənənəyə sadiq qalmış, evləndikdən sonra da bayramı uşaqlıqda gördükləri kimi keçirərdilər.
İndi, aradan çox illər keçdikdən sonra Axır Çərşənbə üçün istifadə etdiyim “ehtişam” kəlməsinin altında yatan zəngin masalar, paxlava, kömbə, fəsəlilər deyil, bütün ailənin sadə bir bayram süfrəsi arxasına şad-xürrəm oturmasıdır. Bütün ailə fərdlərinin bir arada olma mutluluğu…
İllər sonra Azərbaycandan xaricə köçəndən sonra mənim ailəm də bu ənənəni əvvəlcə Ankarada, daha sonra isə İstanbulda davam etdirdi – Axır Çərşənbə uşaqlarla evdə bayramlaşır, çox da təfərrüatlı olmayan bayram plovu yeyirdik. Ancaq Vətəndən kənarda bayramın abu-havası fərqlidir, bir məqaləmdə yazdığım kimi “Qürbətdə Novruz Bayramı başlamadan bitir”.
Novruz bütün Türk coğrafiyasında ən zəif Türkiyədə qeyd olunur. Uzaq uyğurların, qıpçaqların və digər bütün Türk xalqları və boylarının bayram etdikləri Novruz nə üçün Türkiyədə belə sönük idrak edilir? Səbəbini Osmanlıda axtarmaq lazımdır. İmperatorluqda elliklə ancaq və ancaq dini bayramlar – Qurban və Ramazan bayramları zikr edilirdi. Xıdır Əlləzlər, Çərşənbələr isə lokal olaraq bölgə-bölgə qeyd edilirmiş…
Biz tərəfdə Axır Çərşənbə Bayram axşamından daha əfsəldir.
Doğrudur, Bayram axşamı da qeyd edilir, amma Novruzun o “Dəli Kür”dəki məşəlli, toplu-tüfəngli toy-büsatı məhz Axır Çərşənbədədir.
Yəqin ki, oxuyub razılaşmayanlar da olacaq.
Olsun, razılaşmasınlar, ancaq enerjilərini məni appelyasiya etməyə deyil, bu gözəl bayramı inkar edib, onu gətirib İslamla qarşı-qarşıya qoyanlara sərf etsinlər…