Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:52 | 7 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 357 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Con Steynbek Sovet İttifaqında iki dəfə olub. İlk dəfə 1947-də, ikinci dəfə 1963-də – Nobel mükafatı alandan sonra.
Məşhur “Qəzəb üzümləri”, “Siçanlar və insanlar” əsərlərinin müəllifi, görkəmli Amerika yazıçısı Steynbekin Moskva ilə bir neçə xatirəsi var. Bunlardan biri sovet qastronomuna getməsi ilə bağlıdır:
“Ərzaq mağazasına girdim, görüm nə satırlar. İçəridə adamın biri mənə yaxınlaşıb nəsə danışmağa başladı. Rusca bir söz də bilmirdim, o bunu başa düşdü. Barmağının birini uzadıb “rubl, rubl!” dedi. Gördüm ki, ona rubl lazımdır. Çıxarıb verdim. Ovucunu uzadıb işarə ilə burda dur dedi və harasa getdi. Tezliklə əlində bir şüşə araqla qayıtdı. Yenə işarə ilə arxamca gəl dedi. Mağazadan çıxdıq, hansısa bir evin blokuna girdik. Orada biri bizi gözləyirdi. O adam cibindən bir stəkan çıxardı, məharətlə şüşəni açıb yerə bir damcı da tökmədən stəkanı ağzına qədər araqla doldurdu. Əlini qaldırıb bir qurtumda içdi. Yenə tökdü və stəkanı mənə uzatdı. Mən də onun kimi başıma çəkdim. Sonra üçüncüyə tökdü. O da içdi. Sonra yenə barmağını uzadıb “rubl!” dedi. Verdim, sürətlə blokdan çıxıb üç dəqiqə sonra şüşəylə geri gəldi. Bayaqkı proseduru təkrarladıq və ən yaxın dost kimi ayrıldıq. Küçəyə çıxdım, başım yaxşı işləmirdi, yol kənarına oturdum. Hardansa bir polis çıxdı, gəlib başladı məni danlamağa. Görünür, yol kənarında oturmaq olmaz. Ayağa qalxdım və ona rus dilində əzbərlədiyim yeganə cümləni dedim: “Mən Amerika yazıçısıyam”. O, mənə baxdı, üzümə gülümsədi, məni qucaqlayaraq “Heminquey!!!” deyə qışqırmağa başladı. Polisi Heminquey oxuyan yeganə ölkədir bura”.
P.S.: Fotoda Con Steynbek (solda) və Sovet lideri Nikita Xruşşevin kürəkəni, “İzvestiya” qəzetinin Baş redaktoru Aleksey Acubey, Moskva, 1963