Merz ağladı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
08:46 | 9 aprel 2025 | Çərşənbə
Məqaləyə 218 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
“Paulinenstrase, 19” ünvanını axtarırıq. “Statsopera” – Dövlət opera teatrı bu ünvanda yerləşir. Operaya getmək yox idi o günki proqramımızda. Zatən günorta idi, o vaxtda nə opera…
“Google Map” ilə Opera binasını çox asan tapdıq. Dünyanın bir çox opera binaları kimi bu da möhtəşəmdir. Aradığım operanın yanındakı məşhur Kurparkdır. Dostoyevskinin büstü bu parkdadır. Balaca, çəlimsiz bir büst. Mənim boyda bir şeydir. Çəhrayı postament üzərində boz qranit. Şəkil çəkdirdim…
Dostoyevski nə almanları sevirdi, nə də Almaniyanı. Ancaq Almaniyasız yaşaya bilmirdi. Epilepsiyadan müalicə adı ilə tez-tez şəfalı yeraltı sularla məşhur Baden-Baden, Visbaden, Bad Emz kimi kurort şəhərlərinə gəlirdi. Onu buralara gətirən təkcə termal sular deyildi. O bura qumar oynamağa gəlirdi.
Dövrün ən məşhur kazinoları məhz bu bölgədə - Hessen əyalətində yerləşirdi. Dostoyevski əsl qumarbaz idi. Həm də xəstə bir qumarbaz. Günlərlə rulet masasından qalxmadığı olurdu. 1865-də Visbadendə sərvətinin tamamını qumarda uduzur. Bir qəpik pulu qalmır. Naşirindən borc istəyir. Naşiri ünlü yazıcıdan bir qumarbaz haqqında roman yazmasını istəyir. Yazarsa pul verəcəyinə söz verir.
Dostoyevski 26 günə "Qumarbaz" (Игрок, 1866) romanını bu durumda yazır. Qumar “təcrübəsi” ona xeyli kömək edir. "Qumarbaz"dakı hadisələr uydurma Ruletenburq şəhərində baş verir. Ruletenburq Visbadenin prototipidir. Şəhərin adındakı “rulet”ə bir baxın. Bu adı ancaq bir qumarbaz seçə bilərdi. “Yenilmiş güləşçi güləşə doymaz” misalı Dostoyevski revanşla alışıb-yanır.
Visbadenə qayıdır, amma böyük uduzur. Onun bu bölgədə ən az 3-4 heykəl və büstü var. Ancaq hamısında da çökmüş, miskin və boynu bükükdür. Dostoyevskinin o vaxtlar “stavka etdiyi” rulet çarxı indiyə qədər qorunub saxlanır. Oynadığı salona isə onun adı verilib...
***
Dostoyevski əvvəlki qədər olmasa da Almaniyada hələ tanınır. Ancaq onu tanıyanlar artıq yaşlı nəsildir. “Digital gənclik” isə başqa dünyalardadır, çoxu heç adını eşitməyib. Fyodor Mixayloviçin kitabları keçmişdəki tirajlalarla nəşr olunmasalar da onlara kitab dükanlarında yenə də rast gəlinir.
Bir alman qəzeti “Dostoyevski Almaniyada niyə məşhurdur?” adlı kiçik bir sorğu keçirmişdi. Respondentlərin əksəriyyəti “Rus ruhunun sirli dünyası onları cəlb edir” deyə oxşar cavablar vermişdilər. Halbuki indiyə qədər “Rus ruhu (Русская душа) nədir?” sualına heç rusların özü belə cavab verə bilməyiblər…