Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
09:01 | 10 aprel 2025 | Cümə axşamı
Məqaləyə 1611 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
Dostoyevski əsasən Visbadenin dəbdəbəli kazinosunda – Kurhausda oynayırdı. Oynayır və uduzurdu. Qumar zalının divarından o dövrün poçt qutusu asılıb. Bu poçt qutusu uduzan qumarbazın simvoludur – “Uduzanda get yaxınlarına məktub yaz…yaz ki, batıram, təcili pul göndər”. Poçt qutusu uduzan, pul dilənən oyunçunun son ümididir. Şəhərin qonaqları o poçt qutusunu görəndə təbəssüm edir, bəzən də ona başqa gözlə baxırlar.
Acıyırlar o insanlara. Dostoyevski Turgenevə göndərdiyi məktubda ona belə dil tökür: “Висбаден. Пятница 28 апреля 1871 г.
Добрейший и многоуважаемый Иван Сергеевич…
Пять дней как я уже в Висбадене и всё проиграл, всё дотла, и часы, и даже в отеле должен.
Мне и гадко и стыдно беспокоить Вас собою. Но, кроме Вас, у меня положительно нет в настоящую минуту никого, к кому бы я мог обратиться, а во-вторых, Вы гораздо умнее других, а следственно, к Вам обратиться мне нравственно легче. Вот в чем дело: обращаюсь к Вам как человек к человеку и прошу у Вас 100 (сто) талеров».
Dİgər məktubda isə Dostoyevski 30 taler (o dövrdəki alman valyutası)i üçün həyat yoldaşına “Anya, Anya, mən alçaq deyiləm… xilas et məni, son dəfə pul göndər” deyə yalvarır:
“Бесценная моя, друг мой вечный, ангел мой небесный, ты понимаешь, конечно, — я все проиграл, все 30 талеров, которые ты прислала мне…
Ты для меня все свое заложила в эти четыре года и скиталась за мной в тоске по Родине! Аня, Аня, вспомни тоже, что я не подлец, а только страстный игрок.
…Теперь эта фантазия кончена, навсегда. Я и прежде писал тебе, что кончена навсегда, но я никогда не ощущал в себе того чувства, с которым теперь пишу. О, теперь я развязался с этим сном и благословил бы Бога, что так это устроилось, хоть и с такой бедой, если бы не страх за тебя в эту минуту. Аня, спаси меня в последний раз, пришли мне 30 талеров».
Dostoyevski Visbadenə ilk dəfə 1863-ün yayında epilepsiyadan müalicə üçün gəlir.
Qəzetlərdə Visbaden kazinosunda var-dövlətini itirmiş bir gəncin özünü qumar zalında güllə ilə vurduğunu oxuyur.
O kazinoya gedir marağından. Bir az pul qoyur və bəxti gətirir – elə ilk “stavkada” 10 min frank udur. Acgözlük iştahasını qabardır. Ertəsi gün bir də gedir. Gedir və biabırçı şəkildə uduzur. Bir də gedir kazinoya, yenə bəxtini sınamaq istəyir. Maliyyə vəziyyəti bərbaddır, pula ehtiyacı vardı.
Baldızı Varvara Konstanta göndərdiyi məktubda yekə-yekə yazır ki, burdakılar axmaqdır, hamı uduzur, ancaq mən ruletin sirrini tapmışam. “Uduşun yolu çox sadədir, yetər ki, əsəbləşmə, həyəcanlanma”, – Dostoyevski “tapdığı” sirri Varvaraya yazır.
Ancaq cibində nəyi varsa uduzur… Qürur, mənlik deyə bir şey qalmır onda....
Turgenevlə bərabər yazıçılar Gertsen və Bobrıkindən, köhnə dostu Vrangeldən, bir vaxtlar aşıq olduğu Appolinariya Suslovadan da borç pul istəyir, yalvarıb-yaxarır, dillər tökür.
Visbaden Almaniyanın Monte-Karlosu, Amerikanın Las-Veqası olub uzun illər. Burada Höte, Vaqner, Elvis Presli kimi məşhurlar top fırladıb, kartlar açıb, udub-uduzublar. Ancaq heç biri Dostoyevski kimi dibə düşməyib, alçalmayıb…
Çox acınacaqlıdır. İnsan günahın hansı dərinliyinə çatmalıdır ki, özünə hörmətin son sərhədini keçsin? Nə üçün? Və nəyin naminə?
Dostoyevski həyatının 10 ilini bu ehtirasa qurban verir. Visbadendə havaya bir sərvət sovurur. İtirdiyi isə təkcə pul deyildi. O, qürurunu və özünə hörmətini də itirir. İnsan həyatındakı ən dəhşətli itki də budur, məncə…