Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
08:57 | 8 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 266 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Visbadendə qatardan enən kimi Almaniyanın ən varlı şəhəri göstərişsiz gözəlliyi ilə insanı valeh edir. Alman milyonçularının çoxu bu şəhərdə yaşayır. Visbaden (almanca “Wiesbaden”) Hessen vilayətinin Frankfurtdan sonra ikinci ən böyük şəhəridir.
“Wiesbaden” Almancadan tərcümədə “çəmənlik hamamları” deməkdir. Avropanın ən qədim kurortlarından biridir bu şəhər. Şəhərin hər tərəfindən yeraltı termal sular çıxır – burada 26 isti və bir neçə soyuq bulaq var.
Visbaden Hessen vilayətinin paytaxtıdır. Paytaxtdır, milyonçular diyarıdır…amma cəmi 300 000 əhalisi var... Gəldiyimiz gün mərkəzdə ənənəvi bazar qurulub. “Gedək görək milyonçular nə alır, nə yeyirlər”, – deyə düşünürəm.
Ancaq bazara getməyimizin əsas səbəbi qulançar mövsümünün açılışıdır…
İngiliscə “Asparagus” adlanan bu bitkiyə ruslar “Cпаржа”, türklər “Kuşkonmaz” deyirlər. Almanlar isə qulançara “Spargel” deyirlər. “Spargel”dən hazırlanan yeməklər bütün dünyada delikates sayılır.
Faydalarını saymaqla bitməz – İmmun sistemini gücləndirir, təzyiqi və qandakı şəkəri aşağı salır və s. Sağlam qidalanma trendinin artması ilə hər bahar Almaniyada “qulançar bumu” yaşanır. Mövsümü qısadır, aprelin əvvəli başlayıb, iyunun sonunda başa çatır.
Alman mətbəxi deyəndə donuz əti və turş kələm düşür yada. Ancaq ölkənin bir çox yerində almanların ən milli yeməyi qulançar sayılır.

Qulançarın Almaniyada 2 növü var: yaşıl və bəyaz qulançar. Burada ən çox yeyilən bəyaz qulançardır. Fransa, İtaliya, ABŞ, eləcə də Azərbaycanda daha populyar yaşıl olanıdır.
Ağ qulançarı yaşıldan fərqli olaraq bişirmədən əvvəl qabıqlarını soymaq lazımdır. Almaniyada qulançar yetişdirən 2 minə (!!!) yaxın təsərrüfat var. Hər il mövsümündə 150 min ton məhsul toplanır. İllik dövriyyə 400 milyon avro təşkil edir. Qulançara əbəs yerə Almaniyanın “Ağ qızılı” demirlər…
Bir qulançarsevər kimi almanların “Spargel” sevgisinə heyranam.