
“Prezident ciddi islahatlara gedir”
“İqtisadi, institutsional, siyasi dəyişikliklərə start verilib”
“İqtisadi, institutsional, siyasi dəyişikliklərə start verilib”
Millət vəkili: «Qiymət artımları ilə bağlı analiz aparılmalı, səbəblər müəyyənləşdirilməli və tədbirlər görülməlidir»
Millət vəkili: «Bahalaşmanın qarşısını almaq üçün hökumətin əlində rıçaqlar mövcuddur»
Millət vəkillərinə arxa çevirən vəzifəli şəxslər
Ekspertlər deyir ki, dövlət dəstəyi daha da artırılmalıdır
Ekspertlər qeyri-neft ixracının daha da artacağını proqnozlaşdırırlar
Vahid Əhmədov bir sıra nazirliklərin ləğvi anonsunu verdi
Deputatdan qanun layihəsinə etiraz
«Hansı qüvvələr istəmir ki, Rəqabət Məcəlləsi qəbul olunsun?»
Deputatlardan hökumətə sərt suallar-büdcə müzakirələrində gərgin atmosfer
«Haqqımda bu xəbəri yayanlar barədə ölçü götürəcəm!»
Deputatdan sənədsiz evlərin sahiblərinə yeni xəbər
Deputat «dollar oyunu»ndan danışdı, palata sədri əsəbləşdi
«Bank üçün ağlayırsız, bəs insanların gününə kim ağlayacaq?»
Vahid Əhmədov: «Gördülər ki, Azərbaycan ordusu güclüdür, tez əl-ayağa düşdülər...»
Vahid Əhmədov hökumətdəki ziddiyyətlər haqda
«Ölkədə Novruz bayramı öncəsi qiymətlərin qalxması faktdır və bunu danmaq olmaz». Bunu «Azadlıq» radiosuna deputat, iqtisadçı Vahid Əhmədov deyib.
V.Əhmədov vurğulayıb ki, artıq Azərbaycanda bayram öncəsi qiymət artımı «ənənə» halını alıb: «Ola bilər ki, burada sahibkarların, adi ticarətçilərin, möhtəkirlərin öz payı var. Amma bu xalqı qiymətlərin qalxması problemindən azad etmir. Buna göz yummaq olmaz. Hazırda bahalanma inkarsız faktdır».
V.Əhmədov qeyd edib ki, xüsusilə ərzaq mallarında bahalanma özünü daha açıq şəkildə göstərir.
Deputat ətin bahalanmasına da toxunub: «Keçən il mal ətinin bir kiloqramı 8-9 manat idi. İndi isə 12-13 manata qalxıb. Bu da aydındır ki, ölkədə kifayət qədər ət olsaydı, qiymətlər bu qədər bahalaşa bilməzdi».