
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Millət vəkili həyəcan təbili çalır
«Milli Məclisin əvvəlki iclaslarında Rəqabət Məcəlləsi 2-ci oxunuşdan keçib. Lakin sonradan Rəqabət Məcəlləsi hara yoxa çıxdı, bilmirəm. Artıq 11-ci ildir ki, bu qanun qəbul olunmur. Niyə biz Azərbaycanda Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?!»
Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək istəyiriksə, Rəqabət Məcəlləsi qəbul edilməlidir.
Vahid Əhmədov bildirib ki, monopoliyanı aradan qaldırmaq lazımdır.
«Rəqabət Məcəlləsi bütün dünyada qəbul olunub. Hansı qüvvələr istəmir ki, Rəqabət Məcəlləsi qəbul olunsun? Xahiş edirəm ki, Rəqabət Məcəlləsi bundan sonrakı iclaslarda gündəliyə salınsın və 3-cü oxunuşda müzakirə edilsin».
Deputat Azərbaycanda maliyyə nəzarəti haqqında qanunun qəbul olunmasının da vacibliyinin vurğulayıb.
Milli Məclis sədri Oqtay Əsədov isə Vahid Əhmədovla razılaşmayıb.
«Rəqabət Məcəlləsi 2 dəfə Milli Məclisdə müzakirə edilib. Lakin bu qanunun təşəbbüskarı var. 2008-ci ildən başlanan iqtisadi böhrandan sonra, iqtisadi şərtlər də dəyişib. Buna görə də, Rəqabət Məcəlləsi dəyişdirilməlidir. Bunun üzərində iş gedir. Nə zaman bu tam hazır olacaq, onda da Milli Məclisə daxil olacaq.
İkincisi, deyirsiniz ki, maliyyə nəzarəti haqqında qanun olsun. Bu qanun hazır olmalıdır ki, Milli Məclis müzakirə etsin. Bilirsiniz ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb».