
35 ildən sonra ilk dəfə
Avropanın mərkəzində müharibə qorxusu
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
700 işçinin gələcəyi hələ də qeyri-müəyyəndir
03.04.25 - (Heydelberq qeydləri – 2)...
Heydelberqin tarixi bölgəsində, universitetin rektorluq binasının önündəyəm. Elə həyəcanla durmuşam ki, sanki qəbul imtahanı verməyə gəlmişəm…
Necə həyəcanlanmayasan?
Zarafatdırmı, insanın ağlına 56 Nobel laureatı gəlir.
Əfsanəvi məzunları bir Dünya, əfsanə müəllimləri isə bir başqa…
1386-cı ildə Roma Papasının dəstəyi ilə açılan universitet günümüzdə dünyanın ən yaxşı 50 universiteti sırasındadır. Heydelberq Universitetində on iki fakültə var:
Tibb, biologiya, neyrobiologiya, iqtisadi və sosial elmlər, riyaziyyat və kompüter elmləri, fizika və astronomiya, kimya və yer elmləri, hüquq, fəlsəfə və b.
Universitetinin əsas gücü onun milli və beynəlxalq tərəfdaşlıqları və önəmli elm mərkəzləri ilə əməkdaşlıqlarıdır:
– Avropa Molekulyar Biologiya Laboratoriyası;
– Almaniya Xərçəng Araşdırmaları Mərkəzi;
– Helmholtz Ağır İon Tədqiqatları Mərkəzi;
– Karlsrue Texnologiya İnstitutu;
– Maks Plank Astronomiya İnstitutu;
– Maks Plank Tibbi Tədqiqatlar İnstitutu;
– Maks Plank Nüvə Fizikası İnstitutu
və başqaları.
Universitet 100-ə yaxın ixtisas üzrə bakalavr, magistr, aspirantura və doktorantura proqramları təklif edir. Bizim balaların da Heydelberqdə oxumalarını, həyata atılaraq uğurlu akademik karyera qurmalarını arzu edirəm.
Bunun üçün nə lazımdır?
Bu mötəbər təhsil ocağına qəbul olamaq üçün iki şey lazımdır:
– alman dili test imtahanından keçmək;
– qəbul imtahanlarını verib qəbul olmaq.
Yəni, Heydelberq universitetində təhsil pulsuzdur!..
Heydelberqdə olarkən katolik və protestanlar Pasxanı qeyd edirdilər.
Şəhərə sakit, hüzurlu bir bayram havası hakim idi.
Bu müsbət auralı bir ortamda bizim təhsildəki problemləri düşünməmək imkansız olardı.
Nə üçün bizim valideynlərin əksəriyyəti uşaqlarını daha çox İngiltərə və ABŞ-a, həm də oradaki ikinci, üçüncü dərəcəli universitetlərə göndərirlər.
Çünki bizimkilərin çoxuna təhsil, bilik lazım deyil, diplom lazımdır.
Heydelberq kimi universitetlər isə gələcəyin alimlərini və tədqiqatçılarını yetişdirməklə məşğuldurlar.
***
Rektorluq binasının arxasındakı kafedə çay və isti ştrudel sifariş vermişik.
Sifarişi gözlərkən ətrafda oturan universitet hocalarına bənzəyən orta yaşın üstündəki insanları müşahidə edirəm.
Bəlkə də onlardan hansısa biri Nobel mükafatı laureatıdır.
Mən də ölkəmin elmə, biliyə, yeni insan yetişdirilməsinə önəm verməsini istəyirəm.
Ovqatımı təlx edəcək şeylər gəlir ağlıma. Nekkar çayından əsən sərin mehlə gözlərimi qamaşdıran bahar Günəşinin şüaları o fikirləri ağlımdan çıxarır.
Gözümün önündə Heydelberq universitetinin ən məşhur görməli yerlərindən biri olan tələbə cəza kamerasını canlandırmağa çalışıram. 1823-1914-cü illər arasında universitetdə asayişi pozan tələbələr cəza olaraq ora göndərilirdilər…
Üç şeyi çox görmək istəyirdim: Rektorluq binası və muzeyi, universitet kitabxanası və bir də cəza kamerasını.
Üçü də bağlı idi, Xristian Dünyası İsa Məsihin edam edildikdən sonra dirilməsini qeyd edirdi…